DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ
-
 FƏSİL IV
DƏYMİŞ ZİYANLAR HAQQINDA ŞAHİD İFADƏLƏRİ
(mülki, sənaye, sosial, ticarət və digər obyektlər)

Sənəd № 621


AKT

1918-ci il, 22 noyabrda Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyası, ekspert qismində xüsusi olaraq dəvət edilmiş quberniya Mühəndisi A.M.Şternberqin iştirakı ilə, “İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin 1918-ci ilin martında yanmış binasına baxış keçirdi və aşağıdakıları aşkar etdi.
Bina Nikolayevskaya küçəsində Birinci və İkinci Nikolayevskaya döngələrinin arasında yerləşir və 4 №-li məhəllənin 440 kvadrat sajen ərazisini əhatə edir. Bina azacıq Mavritaniya üslubunun qarışığı ilə qotika üslubunda, göstərilən üslubun detallarının hazırlanması üçün zəruri olan çox gözəl yonulan yerli əhəngdaşının Badamdar növündən - kiçik müstəvilərin kaşı kərpic və mozaik medalyonlarla bəzədilməsi ilə tikilmişdir. Binanın ictimai istifadə üçün nəzərdə tutulmuş əsas hissəsi dəbdəbəli daxili bəzəyi və bütün detalların dəqiqliyi ilə seçilirdi. Hal-hazırda binanın həyətə yarımsirkulyar çıxıntısında yerləşən mərkəzi giriş pilləkəni tamamilə uçmuşdur. Dəmir-beton pilləkənlər və tirlər onların üzərinə tökülmüş tavanın və yuxarı meydançanın dəmir tirlərinin ağırlığına davam gətirməmişdir və yanğının çox yüksək temperaturundan əyilmiş və qatlanmış bu tirlərlə birlikdə pilləkənin aşağı meydançasında xaotik tonqal yaratmışdır. Binanın çatı, həmçinin iki rəngli mərkəzi böyük salonun üstündəki tirləri ağacdan idi və onlar tamamilə yanmışdır; lakin çatıların şprengel hissələrini birləşdirən iri dəmir halqalar və onlara doğru çəkilib gətirilmiş tavan tirləri uçaraq 1-ci mərtəbənin döşəməsinin dəmir tirləri üzrə kərpic qübbələri müxtəlif yerlərdən deşmişdir və yerdən yuxarıya qədər birbaşa dəliklər açmışdır. Salonun döşəməsinin tirləri hərarətdən əyilmişdir və döşəmənin düz səthi bütövlükdə çatlarla dolu dalğavarı görünüş ifadə edir.

Salonun, foyenin və pilləkənin yapma naxışlı kirəc bəzək işləməsi hərarətdən və divar daşlarının alışmasından aralanmış və bəzi yerlərdə qopub düşmüşdür. Əsas korpusun divarlarının hər iki tərəfdən alovun hərarətinə məruz qalmış yerlərində – daşın keyfiyyətini o dərəcədə dəyişmişdir ki, ondan tikinti materialı kimi istifadə edilə bilməz. Daha az yanmış bayır fasad divarı, daşlarda olan çatlar, laylanma və yanğının sonrakı nəticələrinin olacağı ehtimalı nəzərə alnmaqla, atmosfer təsirləri ilə birlikdə yalnız çox məsuliyyət istəməyən tikintilərdə yonulmamış daş kimi istifadə edilə bilər.

Əsas korpusun birinci mərtəbəsi əsas girişdən gələn bir aralıq istisna olmaqla, 4 böyük mağaza gözündən – kənardakılar dəmir-beton örtüklü – ibarət idi. Əsas dəmir-beton tirlər hərarətin təsirindən əhəmiyyətli dərəcədə əyilmişdir və onların, eləcə də kənar pilləkənlərin uçmaq təhlükəsi vardır. Onların konstruksiyası – dəmirləri divara oturdulmuş dəmir-beton
pilləkənlər, kosoursuz (pilləkənin yan taxtası) dəmir tirlər üzərində meydançalar. Daxili hərarətdən bayır divar qabarma vermişdir və daxili divarlarda pilləkənin iki səkisinin arasındakı hissədən keçən çatlar yaranmışdır, bu səbəbdən asma pilləkənin bağlılığı pozulmuşdur və uçmaq təhlükəsi vardır. İşçilər üçün mənzil kimi nəzərdə tutulmuş yan fligellər (evlər) həm fasadına, həm də daxili bəzəyinə görə əsas binadan sadədir.

Hər üç mərtəbədə tirlər ağacdan idi, tamamilə yanmışlar və damın uçması nəticəsində indi binanın bünövrəsi heç bir otaqlara bölünmə əlaməti olmadan açıq görünür. Binanın hər yerində yalnız korlanmış vəziyyətdə daş və dəmir hissələr qalmışdır və hətta fasad pəncərələrinin dəmir çərçivələrinin sement işləmələri hərarətin təsirindən uçub tökülmüşdür, bütün
çərçivələr, qapılar və s. tamamilə yox dərəcəsindədir. Bina buxarla isitmə sistemi ilə təchiz edilmişdi və kameraların qalıqlarından göründüyü kini, yəqin ki, qızdırılmış havanın verilməsi ilə isidilirmiş, lakin pəncərələrin taxçalarındakı əyilmiş, yanıb qaralmış borulardan asılıb qalan radiatorların vəziyyəti onların hətta əsaslı təmirdən sonra istifadə edilməsinin mümkünlüyünü şübhə altında qoyur. Binanın mərkəzi hissəsi kifayət qədər çoxlu sayda yanğınsöndürən kranlarla təchiz edilmişdi, lakin onların, baxış keçirilməsi mümkün olanlarının, hamısı bağlı idi və bu da alovun lokallaşdırılması üçün tədbirlərin görülmədiyindən xəbər verir, daha doğrusu əksinə, belə ki, binada alışan material çox az idi və buna baxmayaraq bu aktda göstərilən səbəblərə görə bütün binanın hal-hazırda heç bir qiyməti olmadığı bizim tərəfimizdən təsdiq olunur.

Eskizə əsasən binanın həcmi təxminən 3000 kub sajen təşkil edir. 1907-1908-ci illərdə bu cür binanın bəzəkli işlənmə ilə tikilməsinin dəyəri bir kub sajena görə 100-120 rubl təşkil edirdi və deməli, binanın qiyməti 330.000 rubla yaxın olmalı idi. Hal-hazırda işçi qüvvəsinin qiyməti o vaxtdan 25 dəfə, tikinti materiallarının qiyməti isə orta hesabla 20 dəfə artmışdır. Orta hesabla işçi qüvvəsinə çəkilən xərci materialın xərcinə bərabər tutsaq, binanın indi tikilməsinin qiymətinin 22 dəfə artdığını alırıq, yəni bu qiymət 7.260.000 rubl təşkil edir və bunu hazırkı aktda yazmağı qərara aldıq.

Bakı Quberniya Mühəndisi: Mühəndis Şternberq (imza).
Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 168-169.

Sənəd № 622

Protokol

1918-ci il, 22 noyabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının tapşırığı ilə, adı çəkilən Komissiyanın üzvü, aşağıda adları çəkilən şahidlərin iştirakı ilə ermənilər tərəfindən 1918-ci ilin martında Bazarnaya küçəsində yandırılmış binaların xarabalıqlarına baxış keçirmişdir:
1. Bazar küçəsinin başlanğıcında Xanlarovun evinin xarabalıqları yerləşir; hal-hazırda aşağı mərtəbə təmir edilmişdir. Təsvir edilən evin fasadı Bazarnaya küçəsinə, yan fasadları isə Vrangelevskaya və Çelyayevskaya küçələrinə baxır. Bazarnaya küçəsi tərəfdən binanın uzunluğu 60 addıma, yan tərəflərdən isə – 45 addıma bərabərdir. Aşağı mərtəbə elə təmir edilmişdir ki, burada hal-hazırda dükan kimi icarəyə verilmiş 26 dükan gözü, içəri tərəfdən isə - müxtəlif anbarlar kimi icarəyə verilmiş 20 dükan gözü yerləşir. Həm tavanlar, həm də döşəmə və divarlar (yan) yenidən tikilmişdir. Yuxarı mərtəbənin yalnız divarları qalmışdır, həm də şərq küncü tamamilə açılmışdır, belə ki, aşağı mərtəbədə Vrangelevkaya küçəsi tərəfdən üç dükan gözünün və Çelyavskaya küçəsi tərəfdən üç dükan gözünün divarlarının yuxarı hissəsində davamı yoxdur. Baxış keçirilən evin həyətində, yəqin ki, evin dördbucaqlı şəklində tikilmiş dörd korpusu boyunca uzanan geniş daş qalereyanın qalıqları görünür. Hal-hazırda qalereyadan orda-burda çox dağılmış, daşdan hörülmüş ikimərtəbəli divar qalmışdır; divarda əvvəlki qalereyanın pəncərələrini, bəzi yerlərdə isə qapıları olmuş 14 böyük, yarımdairəvi, tağ dəlikləri vardır. Qalereyanın nə tavanı, nə də döşəməsi qalmamışdır. Divarların hər yerində his və alovun izləri görünür. Ev sahiblərinin, həmçinin qonşuların dediyinə görə, təsvir edilən evin yuxarı mərtəbəsində 35 ayrı-ayrı nömrələrdən ibarət olan “Dağıstan” mehmanxanası var idi. Dağıntıların bayırdan və daxildən fotoşəkilləri çəkilmişdir.
2. Yaxınlıqda Bakı sakini Məmməd Sadıq Talıbov tərəfindən icarəyə götürülmüş və aşağı mərtəbəsi artıq təmir edilmiş evin xarabalıqları yerləşir. Evin əsas fasadı Bazarnaya küçəsinə, yan fasadları isə Çelyayevskaya və Kolyubakinskaya küçələrinə baxır. Əsas fasadın uzunluğu 60 addıma, yan fasadların isə – 42 addıma bərabərdir. Ev, daxildən dördbucaqlı həyəti
olmaqla, düzbucaq formasında tikilmişdir. Aşağı mərtəbəsində divarlar təzələnmiş, döşəmə və tavan yenidən vurulmuşdur. Bu binada dükan və müxtəlif anbarlar kimi icarəyə verilmiş bayırdan 34 dükan gözü və içəridən 24 dükan gözü yerləşir. Üst mərtəbədən yalnız bəzi yerlərdə yüngülcə uçulmuş və alov izləri olan xarici və daxili divarlar qalmışdır. Həm divarlar, həm onların üzərində bəzi yerlərdə qalmış ornamentlər binanın şərq üslubunda tikildiyindən xəbər verir. Baxış keçirilən evin həyətində onun dörd fasadı boyunca, yəqin ki, evin hər iki mərtəbəsinə əlavə olaraq tikilmiş qalereyanın çöl divarını təşkil edən geniş, daşdan hörülmüş ikimərtəbəli divar mövcuddur. Divar həddən artıq korlanmışdır və üzərində alov izləri vardır. Qalereyanın alt hissəsi təmir edilmişdir, döşəmə, tavan, qapı və pəncərələr qaydaya salınmışdır və hal-hazırda burada anbar kimi icarəyə verilmiş 24 dükan gözü yerləşir. Alovdan daha çox ziyan çəkmiş üst mərtəbə təmir olunmamışdır; tavansız və döşəməsizdir. Divarlarda yanmış qapı və pəncərələrdən sonra qalmış bir sıra dəliklər görünür. Evin daxili divarında, üst mərtəbədə əvvəlki qapı və pəncərələrdən 42 dəlik qalmışdır. Evin icarədarı Məmməd Sadıq Talıbovun sözlərinə görə, ikinci mərtəbədə onun 40 otaqdan ibarət “İsgəndəriyyə” mehmanxanası yerləşirdi. Evin xarabalıqlarının iki görünüşdə fotoşəkilləri çəkilmişdir.
3. Həmin Bazarnaya küçəsində, bir qədər aralıda “İslamiyyə” mehmanxanasının olduğu Hacı Mustafa Rəsulovun evinin xarabalıqları yerləşir. Əsas fasad Qubernskaya küçəsi boyunca 70 addım uzunluğunda, yan fasad Bazarnaya küçəsi boyunca 55 addım uzunluğundadır, evin arxa fasadı isə 70 addım uzunluğunda Staro-Poçtovaya küçəsinə çıxır.

4. Evdən yalnız yarımdağılmış iki mərtəbəli, aşağı hissəsində – Bazarnaya küçəsi tərəfdən isə üç mərtəbəli, üzərində alov və tüstü izləri olan divarlar qalmışdır. Qubernskaya küçəsinə çıxan birinci mərtəbədə 15 böyük dəlik – keçmiş dükan gözlərinin qalıqları görünür: eyni sayda böyük dəliklər ikinci mərtəbədə də nəzərə açılır. Bazarnaya küçəsinə çıxan birinci
mərtəbənin divarlarında keçmiş dükan gözlərindən qalmış 11 böyük dəlik görünür; ikinci mərtəbədə kiçik ölçülərdə 22 dəlik – pəncərə izləri görünür. Evin Staro-Poçtovaya küçəsinə baxan arxa divarında, aşağı mərtəbədə də dükan gözlərinin 15 dəliyi görünür, üst mərtəbədə isə kiçik ölçülərdə 15 dəlik – əvvəlcədən orada olmuş pəncərələrin izləri görünür.
Bazarnaya küçəsinə doğru torpağın səviyyəsinin təbii surətdə aşağı enməsi səbəbindən, divar həmin tərəfdən 3 mərtəbə hündürlüyündə tikilmişdir; 3-cü mərtəbədən yalnız bu fasadının küncləri üzrə iki aralıq qalmışdır. Təsvir olunan binanın həyətinə girmək mümkün deyildir, çünki divarlar, tavanlar və dam uçaraq oraya girişi tamamilə tutmuşdur. Evin sahibi Hacı Mustafa Rəsulov tərəfindən təqdim edilmiş məlumatlara əsasən, təsvir edilən evdə; birinci mərtəbədə bayırdan 26, daxildən isə 14 mağaza; yuxarı mərtəbədə 60 otaqdan ibarət olan “İslamiyyə” mehmanxanası yerləşirdi. Xarabalıqların bayır tərəfdən fotoşəkilləri çəkilmişdir.
Şahidlər: B.Buludxanov, … ( iki imza).
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, i. 13, v. 170- 172.

Sənəd № 623

Protokol

1918-ci il, 22 noyabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat komissiyasının tapşırığı ilə, adı çəkilən Komissiyanın üzvü Kluge, aşağıda adları çəkilən şahidlərin iştirakı ilə, bu ilin martında ermənilərin müsəlmanlara qarşı silahlı çıxışları zamanı
Nikolayevskaya küçəsində “Kaspi” qəzetinin redaksiyasının yandırılmış binasının xarabalıqlarına baxış keçirmişdir.
Hal-hazırda birmərtəbəli binadan bütövlükdə yalnız güclü surətdə zədələnmiş bayır divarlar qalmışdır; bəzi yerlərdə daxili divarların qalıqları görünür. Əsas fasad Nikolayevskaya küçəsinə baxır; onun uzunluğu 55 addımdır; 51 addım uzunluqda olan yan fasad təsvir edilən binanı “İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin binasının xarabalıqlarından
ayıran döngəyə çıxır; həmçinin, 55 addım uzunluqda olan arxa fasad Krepostnaya döngəsinə çıxır. Əsas fasad divarının qərb küncündən kiçik bir hissəsi tamamilə uçmuşdur. Əsas fasadda 16 pəncərə və bir qapı dəliyi, yan fasadda isə 11 pəncərə dəliyi görünür, arxa fasadın divarında kiçik həyətə aparan darvaza qalmışdır. Darvazadan sağ tərəfdə daxili divarı sağ qalmış qalereyanın qalıqları görünür, sol tərəfdə isə yanğının, demək olar ki, toxunmadığı tikili durur, kiçik təmirdən burada binanın qarovulçusu oturur. Bütün həyət bəzi yerləri həddən artıq hisə batmış daşlarla və kərpiclərlə doludur. Binanın tavanı və döşəməsi uçaraq keçmiş redaksiyanın zirzəmi otaqlarını doldurmuşdur. Daha az dolmuş zirzəmilərdən birində, məhz şərq tərəfdəki küncə çıxan zirzəmidə üstü daşlarla və zibillə yarıyadək örtülmüş qarsalanmış qalın kitablar yığını, yaxından baxdıqda isə Quran nüsxələri görünür. Orda-burda kiçik aralıqlar sağ qalmışdır, iki yerdə böyük, girdə dəmir sobalar durur. Binanın üç görünüşdə fotoşəkilləri çəkilmişdir.
Şahidlər: B.Buludxanov, … ( iki imza).
Komissiya üzvləri: А.Kluge, Məmməd Xan Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, i. 13, v. 173.

Sənəd № 624

Protokol

1918-ci il, 22 noyabr, Bakı şəhəri.
Fövqəladə Təhqiqat komissiyasının üzvləri Məmməd Xan Təkinski və А.Е.Kluge aşağıdakılar haqqında bu protokolu tərtib etdilər:
Bu ilin sentyabrında Azərbaycan-türk qoşunları Bakı şəhərinə daxil olan kimi, Fövqəladə Təhqiqat Komissiyasının sədri Ələkbər bəy Xasməmmədovun tapşırığı ilə, bu Komissiyanın o zaman Bakıda olan üzvü Mirzə Cavad Axundzadə, fotoqraf Litvintsevin vasitəsilə, Bakıda daha çox tanınan ictimai və şəxsi müsəlman binalarının xarabalıqlarının fotoşəkillərini çəkmişdir, o cümlədən aşağıdakıların:
1. Nikolayevskaya küçəsinin xarabalıqlar olan hissəsinin görünüşü.
2. Nikolayevskaya küçəsində “Kaspi” qəzetinin redaksiya binasının xarabalıqları.
3. Həmin binanın daxili görünüşü.
4. “İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin binasının xarabalıqları şərq tərəfdən.
5. Həmin binanın daxili görünüşü.
6. Həmin binanın xarabalıqları qərb tərəfdən.
7. Bazarnaya küçəsində yerləşən və yalnız müsəlmanların yaşadığı “Dağıstan” mehmanxanasının yerləşdiyi Xanlarovun evinin xarabalıqları.
8. Həmin binanın daxili görünüşü.
9. Bazarnaya küçəsində yalnız müsəlmanların yaşadığı keçmiş “İsgəndəriyyə” mehmanxanasının binasının xarabalıqları.
10. Həmin binanın daxili görünüşü.
11. Bazar və Qubernskaya küçələrinin kəsişməsində yerləşən yalnız müsəlmanların yaşadığı “İslamiyyə” mehmanxanasının xarabalıqları.
12. Təzəpir məscidi artilleriya mərmiləri ilə zədələnmiş binasının cənub tərəfdən görünüşü.
13. Həmin məscid eyni zədələri almış binasının şərq tərəfdən görünüşü.
14. Şah məscidinin108 artilleriya mərmiləri ilə zədələnmiş minarəsinin şərq tərəfdən görünüşü. Adları sadalanan fotoşəkillər Komissiyanın yuxarıda adları göstərilən üzvləri tərəfindən çəkildiyi obyektlərlə yerindəcə tutuşdurularaq, hər biri iki nüsxədə əşyayi-dəlil kimi işə əlavə edilmişdir. Şəkillər Protokola uyğun olaraq nömrələnmiş və onların əsli fotoqraf və Komissiya üzvləri tərəfindən təsdiq edilmişdir.
Komissiya üzvü: S. Axundzadə (imza).
Fotoqraf N. Litvintsev (imza).
Komissiya üzvləri: А.Kluge, Məmməd Xan Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, i. 13, v. 174.

Sənəd № 625

Dindirmə protokolu

1918-ci il, 21 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ələsgər Şıxəli oğlu Dadaşov, 58 yaşım var, Bakı şəhərinin sakiniyəm, Qalada, Minaretskaya küçəsi, 14 №-li evdə yaşayıram.
1918-ci ilin mart ayından sentyabradək olan müddət ərzində ermənilər Bakı şəhərində bolşevik adı altında pərdələnərək, mənim indiyədək geri ala bilmədiyim aşağıdakı əmlakımı qarət və müsadirə etmişlər:
1.500.000 rubla əldə etdiyim “Əbdül Hüseyn Dadaşov” gəmisi; Arvadımın 90.000 rubl dəyərində müxtəlif qiymətli daş-qaş və zinət əşyaları. Mənim Naberejnaya küçəsindəki kontorumun bütün kontor avadanlıqları, 57 №-li şəxsi evimdə olan 10.000 dəyərində müxtəlif əşyalarım, ümumilikdə isə 1.600.000 rubl dəyərində olan əmlakım qarət edilmişdir. Martın 25-də Bakıdan gedərkən yolda qarət olunmuşam. Mənim gəmim 7/20 avqustda məhv olub. Kontorum 29 iyul 1918-ci il tarixində müsadirə edilib. Mənə 1.600.000 rubl dəyərində vurulmuş zərərin ödənilməsini xahiş edirəm.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 45.

Sənəd № 626

Dindirmə protokolu

1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Məmməd Sadıq Həsən oğlu Həsənov, 55 yaşım var, hal-hazırda Bakı şəhəri, Serkovnaya küçəsi, 147 №-li evdə yaşayıram.
Bakı şəhərində mart hadisələri zamanı ermənilər mənim Balaxanı şosesində olan sement zavodumu məhv etdilər, maşınımı, laboratoriyalarımı, armaturumu, mənzilimi və anbarlarımı dağıtdılar. Sonralar zavodda erməni qərargahı və erməni ... yerləşirdi. Ermənilər şəhərdə olan mənzilimi də qarət etmişlər. Mənim mənzilimin talan edilməsinə Seryoja Melikov başçılıq etmişdir. Sement zavodu üzrə zərərlərimi 3.700.000 rubl müəyyən etmişəm, ermənilər mənzilimdən 1.400.000 rubl dəyərində brilyantlarımı aparıblar, bir sandıqça qızıl zinət əşyalarımdan mənə yalnız bir cüt qızıl zaponka qalıb, 23 ədəd kostyumumu, qunduz dərisindən yaxalığı olan 1 xəz kürkümü, 6 böyük və 8 orta xalçalarımı, içi ayaqqabı, əyin-baş, alt paltarla dolu olan 2 ədəd güzgülü şkafımı qarət ediblər. Mənə ümumilikdə 5.100.000 rubl dəyərində ziyan vurulub. Bu məbləğdə zərərlərin mənə ödənilməsini xahiş edirəm. Oxudum, əlavə edim ki, mənim kontorum, şəhərdə və zavodda olan kitablarımın hamısı qarət olunmuşdur.
İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 176.

Sənəd № 627

Əlavə Dindirmə protokolu

1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Məşədi Məmməd Sadıq Həsən oğlu Həsənov, 55 yaşım var, Bakı şəhəri, Serkovnaya küçəsi, 147 №-li evdə yaşayıram.
Bakıda mart qırğınları zamanı ermənilər mənim anbarlarımı, limanımı və Petrovskaya meydandakı Rus-Qafqaz Birliyinin barjasını əvvəl qarət edib, sonra yandırmışlar. Bununla mənə və mənim şəriklərimə – Əhməd Dövlətova, Ələkbər Əliyevə və Cahangir Əhmədova 4 milyon rubl ziyan vurmuşlar. Mallarla birlikdə 4 anbar yandırılmışdır. Barja
motorlu idi. Bu ziyandan mənim payıma 1.000.000 rubl düşür, sement zavoduma və şəhərdəki mənzilimə görə zərərlərimlə birlikdə isə mənə ümumilikdə 6.000.000 rubl məbləğində ziyan vurulmuşdur. Mənə vurulmuş bu zərərlərin ödənilməsini xahiş edirəm.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 177.

Sənəd № 628

Dindirmə protokolu

1918-ci il, 13 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Seyfulla Hacı Əsədulla oğlu Hüseynov, 37 yaşım var, Bakı şəhərinin sakiniyəm, Armyanskaya küçəsi, ev 68 ünvanda yaşayıram.
Bakıda 1918-ci ilin mart qırğınları zamanı ermənilər mənim Bolşaya Morskaya küçəsi ev № 5 ünvanı üzrə “Rus-Qafqaz Birliyinin” limanında yerləşən anbarda, Armyanskaya küçəsi, ev № 68 ünvandakı mənzilimdə və “Şərq Cəmiyyətinin”109 və “Qafqaz və Merkurinin”110 limanında yerləşən bütün əmlakımı - köhnə qiymətlə 64.815 rubl məbləğində - qarət etmişlər. Hal-hazırda mənim əmlakımın dəyəri 129.630 rubl təşkil edir. Ətraflı siyahını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. 129.630 rubl dəyərində olan zərərin mənə ödənilməsini xahiş edirəm.
Oxundu. İmza.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 190.

Sənəd № 632

Dindirmə protokolu

1918-ci il, 21 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Cahangir Zahid oğlu Əhmədov, 28 yaşım var, Bakı şəhəri, Spasskaya küçəsi, 137 №-li evdə yaşayıram.
Bakıda bu il mart qırğınları zamanı “Rus-Qafqaz Birliyinin” 21 №-li limanında ermənilər tərəfindən mənim 1.080.950 rubl dəyərində əmlakım yandırılmışdır. Məhv edilmiş əmlakın siyahısının işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. İmza.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 50.

Sənəd № 633

Dindirmə protokolu

1919-cu il, 10 mart. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Hacı Məmməd Hacı Qurban oğlu Qurbanov, 54 yaşım var, Lənkəran şəhərinin sakiniyəm, Bakı şəhəri, Krasno-Krestovskaya küçəsi, ev 31
ünvanında yaşayıram.
1918-ci ildə Bakı şəhərində anarxiya və özbaşınalıqlar zamanı “Qafqaz və Merkuri” Cəmiyyətinin kontorundan və Merkuryevskaya küçəsi, ev № 5 ünvanda olan mağazadan müsadirə adı altında ümumi məbləği 523.000 rubl dəyərində malım aparılmışdır. Əmlakımın siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. İmza.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge, А.Hacı-İrzayev (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 10.

Sənəd № 634

Dindirmə protokolu

1919-cu il, 18 mart. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Bəşir Məmməd oğlu Axundov, 40 yaşım var. savadlıyam, Bakıda, Qubernskaya küçəsi, ev 3\5 ünvanda yaşayıram.
Bakıda və onun ətraf kəndlərində 1918-ci il mart hadisələri zamanı ermənilər, ümumilikdə mənə 269.300 rubl dəyərində ziyan vuraraq, mənim anbarımı və Şubanıda olan mədənimi talan etmişlər. Əmlakın siyahını və qiymətləndirilməsini təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. İmza.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 19.

Sənəd № 639

Dindirmə protokolu

1918-ci il, 8 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məmməd Əliyev, 18 yaşım var, Bakıda, Kolodeznaya küçəsi, 26 №-li evdə yaşayıram.
Mart hadisələri zamanı ermənilər bizim üç atımızı aparmışlar, həm də tüfəngin qundağı ilə mənim işçim İslam Məşədi Mehdi oğlunun kəllə sümüyünü zədələmişlər. Həmin vaxtda Salyanskaya küçəsində yerləşən dəri anbarım və Şubanıdakı mədənimiz talan edilmişdir. Qarət olunmuş bütün əşya və mallar təqdim olunan ərizədə sadalanmışdır. Bizə yeni qiymətlərlə ümumilikdə 181.150 rubl dəyərində ziyan vurulmuşdur. Bundan əlavə, şəhər mart ayında artilleriya mərmiləri ilə bombalanarkən, həkim rəyinə görə mənim 1,5 yaşlı iki qardaşım, əkizlər, ürək iflicindən ölmüşlər; onlar 3 gün ərzində yata bilmirdilər və buna görə də dayanmadan qışqırırdılar.
Oxundu. İmza.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 60.

Sənəd № 644

Dindirmə protokolu

1918-ci il, 11 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Həsən Həsən oğlu Həsənov, 40 yaşım var, Bakıda, Abşeronskaya küçəsi, 6 №-li evdə yaşayıram.
Bu ilin mart ayında ermənilər mənim daş karxanamda hazır daş ehtiyatımı qarət etmişlər. Bundan əlavə onlar, evimi də qarət ediblər. 73.520 rubl dəyərində qarət olunmuş əşyalarımın siyahısını təqdim edirəm, qarət olunmuş əşyalarımın yeni qiymətlərlə dəyəri 140.000 rubldur.
Oxundu. İmza.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 145.

Sənəd № 645

Dindirmə protokolu

1918-ci il, 8 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Mahmud İrza Qulu oğlu, 53 yaşım var, Bakı şəhəri, Verxnyaya-Naqornaya küçəsi, 1 №-li evdə yaşayıram.
Mart hadisələri zamanı vağzalda, içində mənə məxsus ərzaqlarla dolu vaqon ermənilər tərəfindən qarət edilmişdir, onlar təqdim etdiyim ərizədə sadalanmışdır. Qarət edilmiş ərzaqların dəyəri köhnə qiymətlə 60.700 rubl idi; yeni qiymətlərlə isə 130.700 rubl təşkil edir.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 61.

Sənəd № 647

Dindirmə protokolu

1919-cu il, 20 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Mir Baqı Hacı Murtuza oğlu, Bakı şəhər polis nahiyəsi, Maştağa kənd sakini, Bakı şəhərində, 1-ci polis bölməsi ərazisində, Budaqovskaya küçəsi, 81 №-li evdə yaşayıram.
1918-ci il Bakıda mart hadisələri zamanı mən öz ailəmlə birlikdə Maştağa kəndinə qaçaraq xilas oldum, lakin soda istehsal edən zavodum içindəki 52.250 rubl dəyərində bütün materiallarla birlikdə ermənilər tərəfindən talan edildi. Ərizəmin işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: А.Hacı-İrzayev, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 78.

Sənəd № 648

Dindirmə protokolu

1918-ci il, 7 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ələsgər Baba oğlu, 55 yaşım var, Bakıda, Suraxanskaya küçəsi, 103 №-li evdə yaşayıram.
Mart hadisələri zamanı ermənilər mənim Spasskaya küçəsi, ev № 44 ünvanda yerləşən halva zavodumu və Suraxanskaya küçəsi, 191 №-li evdə yerləşən mənzilimi qarət etmişlər. Onlar, mənim adları 2 vərəqlik ərizəmdə sadalanan və ümumilikdə 26.485 rubl məbləğində olan müxtəlif materiallarımı və ev əşyalarımı aparmışlar. Bundan əlavə, avqust ayında Bakı
ilə Binəqədi arasındakı yol ilə gedərkən, mənim üzərimə silahlı ermənilər hücum etmişlər və mənim 5075 rubl pulumu əlimdən almışlar.
Oxundu. Savadsızdır. İmza.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 57.

Sənəd № 662

Dindirmə protokolu

1918-ci il, 8 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Sadıq Hacı İsmayıl oğlu, 44 yaşım var. Bakılıyam, Sretenskaya küçəsi, 25 №-li evdə yaşayıram.
Səhv etmirəmsə, bu il mart ayının 20-də erməni əsgərləri mənim “İsmailiyyə” Xeyriyyə Cəmiyyətinin Nikoilayevskaya küçəsindəki binasında yerləşən “Palas” elektrik teatrımı talan etmişlər və 116.285 rubl qiyməti olan bütün inventarı avtomobillərdə aparmışlar. Mən onu göstərdiyim bu qiymətə 1915-ci, 1916-cı, 1917-ci illərdə əldə etmişəm. Qarətdən sonra erməni əsgərləri, başda Avakyan olmaqla “İsmailiyyə”nin binasını yandırdılar. Əşyalarımın siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Mənim bütün əmlakım qarət edilmiş inventardan ibarət idi. Həmçinin iki ədəd şəhadətnaməni təqdim edirəm.
Oxundu. Sadıq Hacı İsmayıl oğlu.
Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 67.

Sənəd № 663

Dindirmə protokolu

1918-ci il, 24 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Həsən Ağa Həsənov, 52 yaşım var, Bakı şəhəri, Pozenovskaya küçəsi, 17 №-li evdə yaşayıram.
Bakıda bu il mart hadisələri zamanı ermənilər Nikoilayevskaya küçəsi №12 – “Kaspi” qəzetinin binasını və № 10 - “İsmailiyyə” Xeyriyyə Cəmiyyətinin binasını yandırmışlar. Alov hər iki binanı məhv etmişdir. Alov içində mənim də mart ayının birja qiymətləri ilə 84.888 rubl 42 qəpik məbləğində əmlakım məhv olmuşdur. Mənim əmlakım dəyəri hal-hazırda
254.665 rubl 26 qəpikdir. Əmlakın siyahısının və birja qiymətlərinin işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. Həsən Ağa Həsənov. İmza.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v.72.

Sənəd № 666

Dindirmə protokolu

1918-ci il, 8 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində
dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Hacı Aslan Məcidov, 67 yaşım var, Bakı şəhəri, Nikolayevskaya küçəsi, 18 №-li evdə yaşayıram.
Mart hadisələri zamanı erməni əsgərləri mənə məxsus “Şəms” restoranına soxuldular, qab-qacağı sındırdılar, mənim qulluqçularım Rüstəm Qərib oğlunu və Ağa Mirzə İbrahim oğlunu öldürdülər və restoranda olan düyü, qoyun əti, xiyar və başqa yeyinti məhsullarını özləri ilə apardılar. Aparılan ərzağın adı və məbləği - 18.060 rubl - ərizədə göstərilir.
Oxundu. İmza.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 62.

Sənəd № 667

Dindirmə protokolu

1919-cu il, 21 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Mütəllib Qədir oğlu, 32 yaşlı, Bakı şəhəri, Nijne-Kladbişenskaya küçəsi, 81 №-li evdə yaşayıram.
1918-ci ilin martında ermənilər mənim Qubernskaya küçəsi, 56 №-li evdə yerləşən ticarət kontorumu qarət etmiş və kassadan 2300 rubl nağd pul, müxtəlif sənədlərimi və qızıl və brilyant qadın zinət əşyalarını oğurlamışlar. Bu müddətdə mənim “İstanbul” və “Mədinə” adlı iki restoranım da qarət olunmuşdur. Ümumilikdə mənə 190 000 rubl məbləğində ziyan
vurulmuşdur. Bundan əlavə, mən vəkalətnamə üzrə müraciət edirəm ki, Nikolayevskaya, Bazarnaya və Vrangelevskaya küçələrinə baxan ev ermənilər tərəfindən yandırılmışdır. Bu ev Samson Çerkezova və Sofya Nersesovaya məxsusdur. Onların heç biri indi Bakıda deyildir. Yanğın səbəbindən onlara 250.000 rubl ziyan vurulmuşdur.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: А.Kluge, М.Тəkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 37-38.

Sənəd № 683

Dindirmə protokolu

1918-ci il, 27 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məmməd Tahir Zalbəyov, 22 yaşım var, Bakı şəhəri, Qorçakovskaya küçəsi, 12 №-li evdə yaşayıram.
Bu il mart ayının 20-də Bazarnaya küçəsi, ev № 6 ünvanda yerləşən mənə məxsus qastronomiya mağazası ermənilər tərəfindən qarət edilmiş və yandırılmışdır. Pul kassası sındırılmış, iki qapı qıfılı isə qırılmışdır. Mənim 450.000 rubl dəyərində əmlakım məhv edilmişdir. Mən üç gün, 18-20 mart günlərini Ağa Hüseyn Babayevin evində keçirmişəm, onun zirzəmisində
gizlənmişəm. Oraya iki dəfə erməni əsgərləri gəlmiş və mənimlə olan iki qadından zirzəmidə tatarların olub-olmadığını soruşmuşdular. Bu zaman qadınları süngülərlə hədələmişlər. Qadınlar hər dəfə əsgərləri inandırmışlar ki, zirzəmidə tatarlar yoxdur.
Oxundu. Məmməd Tahir Zalbəyov.
Komissiya üzvləri: А.Kluge, М.Тəkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 43.

Sənəd № 684

Dindirmə protokolu

1918-ci il, 6 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Yusif bəy, 48 yaşlı, Şamil bəy, 35 yaşlı, Cəmil bəy, 37 yaşlı, Bəylər bəy, 40 yaşlı, qardaşları. Bakı şəhəri, Verxne-Priyutskaya küçəsi, 83 №-li xüsusi evimizdə yaşayırıq.
Bizim bütün ailəmizə, hazırda burada deyil, Quba şəhərində olan 42 yaşlı qardaşımız Xanlar bəylə birlikdə, Bazarnaya küçəsi, ev № 9 ünvanda, Lalayevin evində yerləşən mağaza və topdansatış anbarları məxsusdur. Mart qırğınları zamanı bizim mallarımız, mağaza və anbarlarımız erməni əsgərləri tərəfindən qarət edilmişdir. Onlar bizim əmlakımızı avtomobillərdə
daşıyırdılar, bu haqda bir çox şahidlər bilirlər. Mallar üç gün ərzində, talanlar zamanı daşınmış, sonra isə mağaza və anbarlar yandırılaraq, tamamilə məhv edilmişdir. Biz 1918-ci ilin mart ayınadək dəyəri 599.867 rubl olan bütün malların siyahısını təqdim edirik. Hal-hazırda bu malların qiyməti ən azı 2.500.000 rubldur. Bundan əlavə, bir çox mallar da məhv olmuşdur ki, onlar ticarət kitablarında qeyd edilməmişdir və indi bizim onların bir hissəsinin siyahısını təqdim etmək imkanımız yoxdur. Talanlar zamanı 100.000 rubl dəyərində kreditə verilmiş mallar haqqında qeydlərin olduğu mühasibat kitabımız da məhv olmuşdur və indi biz bu məbləği borclulardan ala bilmirik. Yanğın nəticəsində daxil olmuş malların sənədləri, qaimə sənədlərinin surətləri və s. məhv olmuşdur. Bazarnaya küçəsindəki bütün tacirlər bizim ərizələrimizin doğruluğunu and içməklə təsdiq edə bilərlər. Mart qırğınlarından bir ay sonra, biz evdə olmadığımız zaman bizim mənzilimiz də 10.000 rubl məbləğində qarət edilmişdir. Mənzilin kimin tərəfindən qarət edildiyini bilmirik. Biz qarət edilmiş malların siyahısının işə əlavə olunmasını xahiş edirik və bildiririk ki, ümumilikdə 2.600.000 rubl məbləğində zərərlərimiz bizə ödənilməlidir.
Oxundu. İmzalar (bütün qardaşların).
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 37.

Sənəd № 685

Dindirmə protokolu

1919-cu il, 17 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Abbas Qulu Mirzəyev, 42 yaşım var, Bakı şəhəri, Bolşaya Krepostnaya küçəsi, dalan № 9, ev № 4 ünvanda yaşayıram.
Ötən ilin mart hadisələri zamanı ermənilər mənim Dumskaya meydanında, Aşumovun varisləri – Hüseynov qardaşlarının evində olan mağazamı qarət etmiş və təqdim etdiyim ərizədə sadalanan əşyaları aparmışlar. Ümumilikdə mənə 123.762 rubl 50 qəpik məbləğində ziyan vurulmuşdur.
Oxundu. İmza.
Komissiya üzvləri: А.Kluge, A.Hacı-İrzayev (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 77.

Sənəd № 686

Dindirmə protokolu

1918-ci il, 5 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində
dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Rəcəb Əli Hüseynov, 44 yaşım var, Bakıda, Nijne-Naqornaya küçəsi, ev № 47 ünvanda yaşayıram.
Mən şəhərin mərkəzində, Vrangelskaya və Vorontsovskaya küçələrinin kəsişməsində, Parapetdə yerləşən xəz mağazasının sahibiyəm. Mart hadisələri zamanı erməni əsgərləri mənim mağazamın qapılarını Vrangelskaya küçəsi tərəfdən sındırmış və mənim mağazadakı, 1918-ci ilin mart ayı üçün qiyməti 29.955 rubl məbləğində olan, bütün mallarımı oğurlamışlar. Mən oğurlanmış malların Evlər Komitəsi tərəfindən təsdiq edilmiş siyahısını təqdim edirəm. Mallar qaragül dərilərindən, tülkü xəzləri, hazır qaragül papaqları, xalçalar və s. ibarət idi. Bundan əlavə, ermənilər tərəfindən 500 rubl qiyməti olan güzgü şkafı, 200 rublluq asılmış divar güzgüsü məhv edilmiş, malların bütün karton qutuları yandırılmışdır. Mağazanın içindəki taxta arakəsmə sındırılmışdır ki, onun təmiri 100 rubl tutmuşdur, həmçinin, mağazanın qiyməti 400 rubl olan şüşə vitrini sındırılmışdır. Karton qutuların qiyməti hər biri 1 rubl olmaqla 20 rubla
bərabər idi. Mağazanın avadanlığının məhv edilməsindən dəyən zərər cəmi 1220 rubl təşkil edir. Beləliklə mənə, sındırılmış qapının təmiri üçün ödədiyim 90 rubl da nəzərə alınmaqla, ümumilikdə 31.260 rubl ziyan vurulmuşdur. Zərəri mən mart qiymətləri ilə qiymətləndirirəm. Hazırda mənim xəz mallarımın dəyəri iki dəfə artmışdır və bugünkü qiymətlərlə mənə 59.910 rubl məbləğində ziyan vurulmuşdur, digər itkilərlə birlikdə mən 61.220 rubl məbləğində zərər çəkmişəm ki, bu məbləğin mənə ödənilməsini xahiş edirəm.

Ərz edirəm ki, mənim mağazam zibil yığınına çevrilmişdi və açıq görünürdü ki, ermənilər mağazanı talana məruz qoyaraq, qəsdən mənim əmlakımı məhv etmişlər. Sonralar mənim mağazamda hazırlanmış qaragül papaqları mən şəhərdə soyadlarını bildiklərim ermənilərin başında görürdüm. Məsələn erməni əsgəri Ruben Yaromışev, mənim mağazamın qarşısında mağazası olan dərzi Yaromışevin oğlu. Və mən onun əleyhinə bir söz belə deyə bilmirdim; Maliyants, adını bilmirəm, əsgərdir, mənim mağazamın yanında yaşayan mağazaçı dərzi Maliyantsın qardaşı. Başlarında mənim mağazamın papaqları olan başqa erməni əsgərlərini də görmüşəm, amma soyadlarını bilmirəm. Qarət edilmiş mallarımın siyahısını
təqdim edirəm.

İmza. Rəcəb Əli Hüseynov.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 26.

Sənəd № 688

Dindirmə protokolu

1918-ci il, 5 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Firidun Səfər Əli oğlu, 16 yaşım var, Bakı şəhəri, 4-cü polis bölməsi, Verxnyaya-Naqornaya küçəsi, 139 №-li evdə yaşayıram.
Bu il mart ayının 18-də, bazar günü, ermənilər tərəfindən törədilmiş qırğın zamanı erməni əsgərləri bizim Baryatinskaya küçəsi, 11№-li evdə olan meyvə mağazamıza soxuldular, küt bir alətlə qardaşım Ələkbəri başından elə vurdular ki, kəllə sümüyü tamamilə parçalandı, sonra isə mağazanı qarət etdilər. Nağd pul ilə 2300 rubl, mal ilə 6500 rubl dəyərində qənd, meyvə, tütün və papiros apardılar. Bundan əlavə ermənilər mağazadan xalça, 4 yorğan, paltar və digər əşyalar - cəmi 1500 rubl dəyərində - götürdülər.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: А.Kluge, M. Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 116.

Sənəd № 689

Dindirmə protokolu

1919-cu il, 23 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Əli Həsən Tağıyev, 29 yaşlı, Bakıda, Balaxanskaya küçəsi, ev 370, mənzil № 5 ünvanında yaşayıram.
Ötən ilin mart hadisələri zamanı ermənilər mənim Bazarnaya küçəsi, 11 №-li evdə yerləşən baqqal dükanımı qarət etmişlər. Bu zaman, təqdim etdiyim siyahıda göstərilən və 112.000 rubl dəyəri olan malım itmişdir. Mənim mağazamın yerləşdiyi ev ermənilər tərəfindən yandırılmışdır. Malların qiymətləndirilməsi köhnə qiymətlərlə həyata keçirilmişdir. İndiki zamanda malın qiyməti 248.000 rubla yaxındır. Elə həmin müddətdə Şamaxıda atam Hacı Xəlil Hacı Tağı oğlunun evi qarət edilmişdir və onun adından verdiyim ərizədə adları göstərilən
əşyalar oğurlanmışdır. Atamın 813.000 rubl dəyərində əşyaları oğurlanmışdır.
Oxundu.
Atamın da çəkdiyi zərər köhnə qiymətlərlə göstərilmişdir; indiki halda zərər təxminən 1.600.000 rubl təşkil edir
Oxundu. İmza.
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 42.

Sənəd № 690

Dindirmə protokolu

1918-ci il, 10 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məmməd bəy Vəzirov, 60 yaşlı, Bakı şəhərində, Tatarskaya küçəsi, 94 №-li evdə yaşayıram.
Bakıda 1918-ci il mart qırğınları zamanı mən öz ailəmlə Təzəpirskaya küçəsi 106 №-li evdə yaşayırdım. Öz həyatımızı erməni əsgərləri və onların rəhbərləri: Stepan Lalayevdən, Amazaspdan111, Şaumyandan və başqalarından xilas etmək üçün biz İçəri şəhərə-Qalaya qaçdıq. Qalada biz 4 gün gizləndik. Ondan sonra mən öz mənzilimə qayıtdım və onun tamamilə dağıdıldığını gördüm. Biz bu mənzildə yaşaya bilməzdik və odur ki, Cəfərovun Qimnaziçeskaya küçəsindəki 79 №-li evində üç nəfər bir otağa sığındıq. Burada biz iyulun 18-nə kimi, Yerevan ermənilərinin məni izlədiklərini görənə kimi (mən özüm yerevanlıyam) yaşadıq. İyulun 19-da gücə mən öz ailəmlə piyada Mərdəkan kəndinə, Babayevin evinə qaçdım və sentyabrın 20-nə kimi burada qaldım. Mənim qardaşım oğlu Niyazi Cabbar bəy oğlu, 4 yaşlı uşaq, bizimlə birlikdə Bakıdan Mərdəkana kimi 35 verstlik yolu piyada getdi. Mart ayında ermənilər tərəfindən talan edilmiş mənzilim köhnə qiymətlərlə 20.000 rubl dəyərində idi. Hazırda mənim mənzilimin qiyməti 100.000 rubldan az deyildir. 1918-ci il aprelin 2-nə keçən gecə ermənilər mənim Sisianov küçəsi 79 №-li ünvanda yerləşən kontorumu talan etmiş və 1700 rubl məbləğində dəri məmulatından ibarət malımı aparmışlar. Bu il 8 iyun tarixdə heç bir akt tərtib etmədən Arsen Ter-Avetisov 533 №-li Ərzaq Direktoriyasının (bolşeviklərin) orderi ilə qiyməti 69.000 rubl olan 46 pud 35 funt dəri məmulatımı götürüb aparmışdır, onun dublikatı indiyədək Rus-Asiya bankında112 qalır. Diktatura dövründə və ingilislərin Bakıda olduğu avqust ayında113 Diktaturanın sərəncamı ilə poçt limanında 77, 81, 82 №-li dublikatlar üzrə mənə məxsus 7 yerlik dəri məmulatı Bakı gəmisinə yüklənərək aparılmışdır. İngilis qərargahı general Tomsonun114 adına yazdığım ərizələrə baxmayaraq, indiyədək mən dəri mallarımı tapmamışam. Bu il 27 noyabr tarixdə məni 10-cu limana göndərsələr də, orada heç nə aşkar edilmədi. Bu dəri məmulatının qiyməti 68.250 rubldur.

Bundan əlavə, ermənilər bu il 18 iyul tarixindən sonra mənim kontorumdan və anbardan mənə və şərikimə məxsus 180.000 rubl dəyərində olan dəri məmulatından ibarət əmlakı qarət etmişlər. Ümumilikdə isə, bolşevik adı ilə quldurluq və qarətçiliklə məşğul olan ermənilər şəxsən mənə 101.700 rubl, şərikim Yenukidze ilə birlikdə isə 312.000 rubl məbləğində zərər vurmuşlar. Mən siyahını təqdim edirəm, mənim mallarımın qiymətini göstərirəm və işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. İmza.
Komissiya üzvləri: Aleksandroviç, Məmməd Xan Təkinski,
А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 134.

Sənəd № 691

Dindirmə protokolu

1918-ci il, 11 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Abdul Salam Bağırov, 31 yaşım var, Bakı şəhəri, Qalada, Zamkovaya küçəsi, 79 №-li evdə yaşayıram.
Mənim Nikolayevskaya küçəsi, 52 №-li evdə xırdavat mağazam var idi. Mart qırğınlarından sonra, barışıq elan edildiyi zaman, mən mağazaya yollandım və onun ermənilər tərəfindən qarət edildiyini gördüm. Həyət tərəfdən mağazanın qarşısında üç müsəlman meyiti var idi. Mənə vurulan zərər 19.030 rubl təşkil edir.
Oxundu. A.S.Bağırov.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v.143.

Sənəd № 698

Dindirmə protokolu

1918-ci il, 18 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Həsən Məmməd Əli oğlu Cabbarov, 35 yaşım var, Bakı şəhəri, Qalada, Malaya Krepostnaya küçəsi, 54\15 №-li evdə yaşayıram.
Bu il Bakıda mart qırğınları zamanı ermənilər mənim bacım oğlu Hacı Mir Vahab Feyzullayevi oğlu ilə birlikdə qətlə yetirmişlər. Ermənilər mənim Bazarnaya və Qubernskaya küçələrinin tinində, Xanlarovun evində yerləşən mağazamı 45.905 rubl məbləğində qarət etmişlər. Mən öz əmlakımın siyahısını təqdim edirəm və onun işə əlavə olunmasını xahiş edirəm. Mənə 45.905 rubl məbləğində dəymiş zərərin ödənilməsini xahiş edirəm.
Oxundu. İmza.
Komissiyanın üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v.15.

Sənəd № 703

Dindirmə protokolu

1919-cu il, 14 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Cəbrayıl Əhmədoviç Əhmədov, 38 yaşım var, Bakı şəhəri, Qimnaziçeskaya küçəsi 72 №-li evdə yaşayıram.
1918-ci il Bakıda 17-22 mart hadisələri günlərində, ermənilər mənim mərkəzdə, Nikolayevskaya küçəsində, Kələntərov pasajında olan mağazamı yararaq xalçalar, ipək və digər malları, kassa, veksellər və qızıl əşyaları – ümumilikdə mart qiymətləri ilə 575.865 rubl 10 qəpik məbləğində - əmlakımı qarət etmişlər. Hazırda həmin əmlakın qiyməti 80 % bahalanaraq 1.019.357 rubl. 10 qəpik təşkil edir. Xahiş edirəm, qarət olunmuş əmlakın siyahısını işə əlavə edəsiniz.
Oxundu. İmza.
Komissiyanın üzvləri: Aleksandroviç, Məmməd Xan Təkinski,
А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v.23.

Sənəd № 708

Dindirmə protokolu

1918-ci il, 14 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Hacı Mahmud Qasım oğlu Qasımov, 70 yaşlı, Bakı şəhəri, Verxne-Təzəpirskiy küçəsi, 98, şəxsi evimdə yaşayıram.
Bakıda mart qırğınları zamanı ermənilər mənim Bazarnaya küçəsi 3 № li evdə, Nikolayevskaya küçəsinin tini, yerləşən kontorumu, ümumilikdə köhnə qiymətlə 47.800 rubl məbləğində talan etmişlər. Hazırda mənim əmlakımın dəyəri 63.000 rubl təşkil edir. Ərizə və əmlakımın siyahısını təqdim edirəm və işə əlavə olunmalarını xahiş edirəm. Ermənilər tərəfindən qarət edilmiş mal mənə 34.800 rubla başa gəlmişdi, indi isə onun qiyməti 50.000 rubldur. Mənə 63.000 rubl qiymətində vurulmuş zərərin ödənilməsini xahiş edirəm.
Oxundu. İmza (ərəb hərfləri ilə) .
Komissiyanın üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v.208.

Sənəd № 713

Dindirmə protokolu

1918-ci il, 11 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Nəcəf Əli Hacı Vəli oğlu Kərimov, 28 yaşlı, Bakı şəhəri, Bazarnaya küçəsi, 7 №-li evdə yaşayıram.
Bakıda mart talanları zamanı ermənilər mənim ticarət obyektimi qarət etmiş və evimi yandırmışlar. Mallar avtomobillərdə aparılırdı. Mən ermənilər tərəfindən qarət olunmuş və əvvəllər qiyməti 132.000 olan əmlakımın siyahısını təqdim edirəm. Hazırda mənim əmlakımın qiyməti 396.333 rubl təşkil edir. Mən bu məbləğin ödənilməsini xahiş edirəm.
Oxundu. İmza.
Komissiyanın üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v.163.

Sənəd № 718

Dindirmə protokolu

1918-ci il, 14 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Rəhim Zöhrab oğlu Rəhimov, 30 yaşlı, Bakı şəhəri, Suraxanskaya küçəsi, Spasskaya küçəsinin tini, dalan 17, 8 №-li evdə yaşayıram.
Bakıda mart talanları zamanı ermənilər mənim Bazarnaya küçəsi, 59 №-li evdə yerləşən qəssab dükanımı dağıtmışlar, Balaxanskaya şosesində 55 qoyunu aparmışlar. Mən qarət edilmiş əmlakımın siyahısını təqdim edirəm və onun işə əlavə olunmasını xahiş edirəm. Hazırda mənim əmlakımın qiyməti 56.000 rubla bərabərdir və mən bu məbləğin məmə ödənilməsini xahiş edirəm.
Oxundu. İmza (ərəb hərfləri ilə) .
Komissiyanın üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v.211.

Sənəd № 723

Dindirmə protokolu

1918-ci il, 3 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Əli Əsgər Fərzəli oğlu Əliyev, 28 yaşlı, Bakılıyam, Balaxanskaya küçəsi, dalan №-2, 1 №-li evdə yaşayıram.
Bu il, martın deyəsən 20-də, yaxud 21-də erməni əsgərləri dükanımı və anbarımı qarət etmiş və köhnə qiymətlə 61.785 rubl məbləğində malımı aparmışlar. Mənim dükanım Bazarnaya küçəsi, №- 6, Məmmədovun evində, anbarım isə Krasilnikovun evində yerləşirdi. Qarətdən sonra ermənilər dükanı və anbarı yandırmışlar. Qarət edilmiş əmlakın siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Ermənilər az qiymətli malların bir hissəsini yandırmışlar.
Oxundu. İmza.
Komissiyanın üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v.12.

Sənəd № 727

Dindirmə protokolu

1919-cu il, 15 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Abbas Babayev, 45 yaşım var, Bakıda, Kubinskaya küçəsi, 25 №-li evdə yaşayıram.
Mart hadisələri zamanı ermənilər mənim dəri mağazamı qarət edərək, mənə köhnə qiymətlərlə 250.000 rubl ziyan vurublar. Həmin müddətdə mənim Şamaxıda olan mənzilimi də qarət ediblər və ərizədə göstərilən və 113.500 rubl dəyərində əşyalarımı aparıblar.
Oxundu. İmza.
Komissiya üzvləri: А.Kluge, Məmməd Xan Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 27.

Sənəd № 734

Dindirmə protokolu

1918-ci il, 9 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məmməd Kərim İbrahimov, 35 yaşım var, hal-hazırda Bakı şəhəri, 3-cü Təzəpirskiy döngəsi, 4 №-li evdə yaşayıram.
Bakıda 1918-ci il mart hadisələri zamanı ermənilər mənim Bazarnaya küçəsi, ev 8-də yerləşən anbar və dükanımı, və Krasilnikovun evində yerləşən anbarımı qarət etmişlər. Ermənilər malları, kərə yağını, soğan və digər malları avtomobillərdə daşıyıb aparmış, sonra isə bütün anbara od vurmuşlar. Mən qarət edilmiş malların siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Mənim mallarımın ümumi dəyəri köhnə qiymətlərlə 82.000 rubl təşkil edir. İndi isə mənim əmlakım ən azı 326.000 rubl dəyərindədir. Bu məbləğin mənə ödənilməsini xahiş edirəm.
Oxundu. İmza.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 109.

Sənəd № 739

Dindirmə protokolu

1918-ci il, 11 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Rəhmətulla Aslanov, 35 yaşım var, Bakı şəhəri, Malaya-Krepostnaya küçəsi, 4 №-li evdə yaşayıram.
Bakıda 1918-ci il mart hadisələri zamanı ermənilər tərəfindən mənə və qardaşlarım İzzətulla və Fərəcullaya mənsub olan odun anbarı talan edilmişdir. Bizə 30.500 rubl məbləğində zərər vurulmuşdur. Yeni qiymətlərlə həmin zərər 120.000 rubla bərabərdir.
Oxundu. İmza.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 148.

Sənəd № 742

Dindirmə protokolu

1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Ağa Dadaş Əli Rza oğlu, 43 yaşım var, Bakı şəhəri, Nijne- Təzəpirskaya küçəsi, 97 №-li evdə yaşayıram.
Mart hadisələri zamanı ermənilər mənim Bazarnaya küçəsi 27 №-li evdə yerləşən dəri məmulatı anbarımı talan edərək mənə 13.555 rubl məbləğində zərər vurmuşlar; yeni qiymətlərlə həmin malın qiyməti 18.000 rubla yaxındır. Mənim əmlakımın bir hissəsi Şamaxı qəzası Nabur kəndində idi; 16.000 rubl qiyməti olan həmin əmlak da ermənilər tərəfindən qarət edilmişdir. Yeni qiymətlərlə onun qiyməti 22.000 rubl təşkil edirdi.
Oxundu. İmza (ərəb hərfləri ilə) .
Komissiyanın üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 181.

Sənəd № 744

Dindirmə protokolu

1918-ci il, 18 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Lütfulla Əhməd oğlu Axundov, 32 yaşım var, Bakı şəhərində, Serkovnaya küçəsi dalan 13, 3 №-li evdə yaşayıram.
Bakıda bu il mart talanları zamanı ermənilər mənim Kolyubakinskaya küçəsi 25 №-li evdə yerləşən kerosin anbarımı 32.215 rubl məbləğində qarət etmiş və yandırmışlar. Mən öz əmlakımın siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Mənə dəymiş 32.215 rubl məbləğində zərərin ödənilməsini xahiş edirəm.
Oxundu. İmza.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 18.

Sənəd № 750

Dindirmə protokolu

1918-ci il, 5 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443- cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Əli-Övsəd Davudzadə, 56 yaşım var, Bakı şəhəri sakiniyəm, Böyük Çəmbərəkənd küçəsi, 70 №-li evdə yaşayıram, savadlıyam.
Bu ilin mart ayında, ermənilərin müsəlmanlara qarşı çıxışları zamanı mənim evim zərər çəkməmişdir; mənim “Qrand Otel” mehmanxanasının altında dükanım var idi: dükan ermənilər tərəfindən qarət olunmuş və oradan 23.800 rubl dəyərində yeyinti malları oğurlanmışdır. Mən bu qarətin şahidi olmamışam, belə ki, qarışıqlıq başlanan kimi mən evimdə gizlənmişdim, lakin hamıya məlumdur ki, bu ermənilərin işidir. Bəli, Stepan Lalayev sülhdən sonra mənim kürəkənim İmamverdi Zeynalova demişdir ki, bu qarət onun sərəncamı və təhriki ilə həyata keçirilmişdir, çünki erməni əsgərlərinin çörəyə və papirosa ehtiyacı var idi. Mən o vaxt polisə müraciət etmişdim və polis tərəfindən akt tərtib olunmuşdu. Məndə bu aktın surəti vardır, lakin onu təqdim etmirəm, çünki o mənə başqa bir iş üçün lazımdır.
İfadə oxundu. Savadlıdır. İmza (ərəb hərfləri ilə).
Fövqəladə Təhqiqat Komissiyasının sədri:
Ələkbər bəy Xasməmmədov (imza).
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 112.

Sənəd № 751

Dindirmə protokolu

1918-ci il, 5 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443- cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
İmamverdi Zeynalov, 28 yaşım var, Bakı şəhəri sakiniyəm, Dvorsovaya küçəsi, 13 №-li evdə yaşayıram, savadlıyam.
Mən şəxsən mart ayında ermənilər tərəfindən zorakılığa məruz qalmamışam. Onlar, kim olduğunu bilmirəm, tüfəngdən atəş ilə mənim əmim oğlu Hacı Rza oğlunu öldürüblər; bu hadisə ermənilər şəhərin müsəlman hissəsinə - İçəri şəhər- Qala məhəlləsinə hücum edərkən baş verib. Daha sonra, ermənilər mənim qayınatam Əli-Övsəd Davudzadənin baqqal dükanını qarət ediblər. Bu işi ermənilərdən şəxsən kim edib, bilmirəm, amma Stepan Lalayev mənə demişdir ki, barışıq elan edildikdən bir neçə gün sonra Davudovun dükanını ermənilər onun təhriki və göstərişi ilə qarət ediblər, çünki əsgərlərə çörək və papiros lazım idi.

İfadə oxundu. Savadlıdır. İmza.
Fövqəladə Təhqiqat Komissiyasının sədri: Ələkbər bəy Xasməmmədov
(imza).
Komissiya üzvləri: А.Kluge, M.Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 113.

Sənəd № 753

Dindirmə protokolu

1918-ci il, 3 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Nurulla bəy Abu Turab bəy oğlu Hacınski, 50 yaşında, Bakıda, Suraxanskaya küçəsi, 175 №-li evdə yaşayıram.
Mart hadisələri zamanı erməni əsgərləri tərəfindən mənim Bazarnaya küçəsi 6 №-li Məmmədovun evində yerləşən dükanım talan edilmiş və köhnə qiymətlərlə 38.660 rubl məbləğində əmlakım dağıdılmışdır. Mən bu zaman Suraxanskaya küçəsində yerləşən evimdə idim və bu evə 4 erməni və 1 rus əsgərləri gəldilər. Erməni əsgərləri mənim evimi qarət etdilər və mənzildən 10.000 nağd pul, ümumilikdə 25.000 rubl məbləğində qızıl əşyalar və s. apardılar. Mənim dükanımdan və evimdən qarət edilmiş əmlakımın siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Erməni əsgərləri məni öldürmək istəyirdilər, lakin rus əsgəri məni xilas etdi və erməni əsgərləri ilə birlikdə Mailov teatrına apardı.
Oxundu. İmza.
Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 10.

Sənəd № 758

Dindirmə protokolu

1918-ci il, 9 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məmməd Sadıq Dadaşov, 40 yaşım var, Bakı şəhəri, Kubinskaya küçəsi, 57 №-li evdə yaşayıram.
Bakıda 1918-ci il mart talanları zamanı ermənilər mənim mənzilimi və dükanımı qarət etmişlər. Bizim Evlər komitəsi və bütün kirayənişinlər bu barədə bilir. Mən bu zaman kənddə idim və 3 həftədən sonra qayıtmışam. Cəmi 31.040 rubl məbləğində qarət olunmuş əmlakın siyahısını və qiymətlərini təqdim edirəm. Hazırda mənim əmlakımın qiyməti 100.000 rubldan az deyildir. Bu məbləğin mənə ödənilməsini xahiş edirəm. Siyahının işə əlavə edilməsini xahiş edirəm.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: Аleksandroviç, A.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 112.

Sənəd № 760

Dindirmə protokolu

1918-ci il, 9 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Vahab bəy Səlimbəyov, 60 yaşlı, Bakı şəhərində, Spasskaya küçəsi dalan 1, 2 №-li evdə yaşayıram.
Bakıda 1918-ci il 19-22 mart hadisələri zamanı mən yuxarıda göstərilən evdə qaldım, ailəmi isə şəhərin yuxarı hissəsinə göndərdim. Lakin daşnakların rəhbərliyi altında ermənilər bütün bazarı talan edərək yandırdılar. Burada, Bazarnaya küçəsi, № 11, Rəsulovun evində mənim dükanım var idi və mən ermənilər tərəfindən cəmi 195.000 rubl məbləğində qarət olunmuşam. Öz əmlakımın siyahısını və qiymətlərini təqdim edirəm və onun işə əlavə edilməsini xahiş edirəm. Mənim əmlakımın hazırkı qiyməti qat-qat artıqdır və 400.000 rubldan az deyildir və bu məbləğin mənə ödənilməsini xahiş edirəm.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: Аleksandroviç, A.Kluğe (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 113.

Sənəd № 763

Dindirmə protokolu

1918-ci il, 13 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Hacı Qəni Zaman oğlu Zamanov, 62 yaşlı, Bakı şəhərində, Staraya- Poçtovaya küçəsi dalan 15, 2 №-li evdə yaşayıram.
Bakıda mart talanları zamanı ermənilər mənim Bazarnaya küçəsinin tini, Kolyubakinskya küçəsi 2 №-li evdə yerləşən baqqal dükanımı cəmi 53.000 rubl məbləğində qarət etmişlər. Hazırda mənim malımın 150.000 rubl qiyməti vardır və mən bu 150 min rubl məbləğin mənə ödənilməsini xahiş edirəm.
Oxundu. Hacı Qəni Zeynalov. Savadsızdır.
Komissiya üzvləri: Аleksandroviç, A.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 191.

Sənəd № 766

Dindirmə protokolu

1918-ci il, 10 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Mir Ələkbər Məşədi Mir Kazım oğlu, 60 yaşlı, Bakı şəhərində, Persidskaya küçəsi, 102 №-li evdə yaşayıram.
Bakıda mart hadisələri zamanı ermənilər mənim çay dükanımı qarət edərək mənə 9810 rubl məbləğində zərər vurmuşlar. Mənim çayxanam Şaxskaya küçəsində, Kələntərovun evində yerləşirdi.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvü: A.Kluğe (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 11.

Sənəd № 769

Dindirmə protokolu

1918-ci il, 13 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Ağa Baba Yəhya oğlu, 62 yaşlı, Bakı şəhərində, Gimnaziçeskaya küçəsi, 18 №-li evdə yaşayıram.
Bakıda mart hadisələri zamanı ermənilər tərəfindən mənim Aleksandr- Nevski pasajında115 yerləşən meyvə-baqqal dükanım qarət olunmuşdur. Oğurlanmış əmlakın 40.000 rubl, indiki qiymətlərlə isə 120.000 rubla yaxın qiyməti vardı.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: A.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 146.

Sənəd № 771

Dindirmə protokolu

1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Hüseyn Salman oğlu, 30 yaşlı, Bakıda, Bondarnaya küçəsi, 32 №-li evdə yaşayıram.
Bu ilin mart ayında ermənilər mənim un anbarımı və dükanımı qarət edərək ərizəmdə göstərdiyim və yeni qiymətlərlə 86.650 rubl məbləğində olan ərzaq məhsullarını aparmışlar.
Oxundu. İmza.
Komissiya üzvü: A.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 188.

Sənəd № 772

Dindirmə protokolu

1918-ci il, 17 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Kərbəlayı Nağı Kəblə Hüseyn oğlu Hüseynov, 70 yaşlı, Bakıda, Şamaxinskaya küçəsi, 54 №-li evdə yaşayıram. Savadsızam. Bu ilin mart ayında, deyəsən ayın 21-də, erməni əsgərləri mənim dükanımı və anbarımı talan edərək yeni qiymətlərlə 119.720 rubl dəyərində olan mallarımı avtomobillərdə aparmışlar. Qarət olunmuş mallarımın siyahısını təqdim edirəm və işə əlavə edilməsini xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 6.

Sənəd № 776

Dindirmə protokolu

1918-ci il, 17 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Nur Məmməd Niyazi oğlu, 32 yaşlı, Zəngəzur qəzasının sakini, Bakı qəzası, Sabunçu kəndi, Sarskoye şose, 184 №-li evdə yaşayıram.
Bu il mart ayının 19-da erməni əsgərləri mənim yuxarıda göstərilmiş ünvanda yerləşən dükanımı qarət etmişlər və 7913 rubl məbləğində malımı və əşyalarımı aparmışlar. Qarət edilmiş mal və əşyaların siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Mən qaça bildim, amma qonşumu, dükançı Məşədi Həsən Ağa Əli oğlunu öldürdülər və dükanını qarət etdilər.
Oxundu. İmza.
Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 9.

Sənəd № 781

Dindirmə protokolu

1918-ci il, 20 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Süleyman Cavad bəy oğlu, 37 yaşlı, Bakıda, Aziatskaya küçəsi dalan 13, ev 2, şəxsi evimdə yaşayıram.
Bu il Bakıda mart hadisələri zamanı ermənilər mənim mənzilimi və Çelyayevskaya küçəsindəki dükanımı ümumilikdə 116.150 rubl məbləğində qarət etmişlər. Qarət olunmuş əmlakın siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. İmza.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 44.

Sənəd № 785

Dindirmə protokolu

1919-cu il, 15 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Kərbəlayı Şakir Kərbəlayı İsmayıl oğlu, 62 yaşım var, Bakıda, I Parallelnaya küçəsi, 32 №-li evdə yaşayıram.
Mart ayında ermənilər mənim 7-ci Parallelnaya küçəsi 3 №-li evdə yerləşən dükanımı qarət etmiş və təqdim etdiyim siyahıda göstərilən müxtəlif əmlakımı aparmışlar. Mənə cəmi 30.000-dən artıq zərər vurulmuşdur. Bu vaxt onlar adını unutduğum kirayənişinimi öldürmüşlər.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: А.Kluge, Məmməd Xan Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 27.

Sənəd № 786

Dindirmə protokolu

1919-cu il, 13 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Əbdül Hüseyn Nadirov, 48 yaşlı, Bakıda, Aziatskaya küçəsi, 40 №-li evdə yaşayıram.
Mart hadisələri zamanı ermənilər mənim qəssab dükanıma gəldilər və orada olan hər şeyi – təqdim olunan siyahıda göstərilənləri qarət etdilər. Elə bu vaxt onlar məni qəbiristanlığın kənarında saxladığım mal-qaramı da apardılar. Ümumilikdə mənə 80.000 rubla qədər zərər vurulmuşdur.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: Məmməd Xan Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 22.

Sənəd № 789

Dindirmə protokolu

1918-ci il, 7 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Əhədulla Cabbarov, 28 yaşlı, Bakıda, Kubinskaya küçəsi, 3 №-li evdə yaşayıram.
Mart hadisələri zamanı mənə və şərikim Lətif Axundova mənsub olan ekipaj dükanını yandırılmışdır. Dükanı yandıran ermənilər bir neçə ekipajı salamat şəkildə özləri ilə aparmış, qalan ekipajları və qalan ekipaj ləvazimatlarını isə yandırmışlar. Bizə köhnə qiymətlərlə 176.420 rubl məbləğində ziyan vurulmuşdur. Yanmış əmlakın siyahısını təqdim edirəm.
Oxundu. İmza.
Komissiya üzvü: A.Kluğe (imza).
Əhədulla Cabbarov əlavə olaraq göstərmişdir:
Elə o vaxt, mart hadisələri zamanı ermənilər mənim mənzilimə soxuldular və mənim təqdim edilən siyahıda göstərilən və köhnə qiymətlərlə 45.800 rubl dəyərində olan bütün əmlakımı qarət etdilər.
Oxundu. İmza (ərəb hərfləri ilə). Komissiya üzvü: A.Kluğe (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 58.

Sənəd № 790

Dindirmə protokolu

1919-cu il, 8 mart. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində
dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Kərbəlayı Xalıq Molla Cəfər oğlu, 65 yaşlı, Bakı şəhərinin sakini, Bakıda, Vremennıy-Kirpiçnıy döngəsi və Lagernıy döngəsi tinində, 22 №-li şəxsi evimdə yaşayıram.
1918-ci il Bakıda mart hadisələri zamanı ermənilər tərəfindən mənə 43.470 rubl məbləğində ziyan vurulmuşdur ( ev əşyaları, ərzaq ehtiyatı qarət edilmiş, üç inək və 3 qoyun aparılmışdır). Mənim ərizəmi işə əlavə etməyi xahiş edirəm. Əlavə olaraq bildirirəm ki, mən qoca adamam, köməksizəm, uzun illər zəhmət bahasına əldə etdiyim bütün sərvətimi itirmişəm; indi isə qoca vaxtımda yaşamaq üçün hər hansı vəsaitə malik deyiləm və buna diqqət verməyinizi xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: A.Hacı-İrzayev, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 9.

Sənəd № 793

Dindirmə protokolu

1919-cu il, 12 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Novruz Əli Gül oğlu, 40 yaşlı, Bakıda, Suraxanskaya küçəsi, dalan 1, 5 №-li evdə yaşayıram.
Keçən il, mart hadisələri zamanı erməni-bolşeviklər mənim 7000 rubl dəyərində olan faytonumu və bir cüt atımı aparmışlar. Mənə dəyən zərərin ödənilməsini xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: А.Kluge, A.Hacı-İrzayev (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 72.

Sənəd № 795

Dindirmə protokolu

1919-cu il, 1 mart. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ağa Dadaş Rəsulov, 50 yaşım var, Bakıda, Poçtovaya küçəsi, 64 №-li evdə yaşayıram.
Ötən ilin mart ayında ermənilər mənim at tövləmə girərək, minik arabasını, atlarımı və digər ləvazimatlarımı aparmışlar. Ümumilikdə mənə 24.000 rubl dəyərində zərər vurulmuşdur.
Oxundu. İmza.
Komissiya üzvləri: А.Kluge, A.Hacı-İrzayev (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 1.

Sənəd № 796

Dindirmə protokolu

1919-cu il, 6 mart. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Mir Sayad Mir Zeynal Abdin oğlu, 76 yaşım var, Bakı şəhərinin sakiniyəm, Tatarskaya küçəsi, 152 №-li evdə yaşayıram.
1918-ci ilin martında Bakı şəhərində silahlı ermənilər yuxarıda adı çəkilən evə soxularkən, mən arvadımla qaçaraq canımızı qurtardıq və tam barışıq elan edilənədək tanışlarımızın evində gizləndik. Martın 23-də arvadımla birlikdə mənzilimizə qayıtdıq və onu tamamilə qarət olunmuş və dağıdılmış gördük: ermənilər mənim bütün əmlakımı qarət etmiş və yeganə
dolanacağımız olan inəyimizi aparmışdılar. Mən yarıkor və iflic olmuş qocayam, yaşamaq üçün inəkdən savayı heç bir vəsaitim yox idi; arvadım süd satırdı və biz bununla dolanırdıq. İndi biz dilənçi həyatı sürürük və buna görə də 1918-ci ilin mart hadisələri zamanı ermənilər tərəfindən vurulmuş ziyanın ödənilməsini xahiş edirik. Mən bu ziyanı bugünkü qiymətlərlə
21.975 rubl dəyərində qiymətləndirirəm. Mənim ərizəmin qarət olunmuş əşyalarla birlikdə işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: А.Hacı-İrzayev, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 8.

 





Flag Counter