BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ
-
 FƏSİL V
BAKI ŞƏHƏRİ VƏ BAKI KƏNDLƏRİNİN SAKİNLƏRİNİN ŞAHİD İFADƏLƏRİ
(1918-ci il mart-sentyabr ayları)

Sənəd № 797


Dindirmə protokolu

1918-ci il, 13 noyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Mömin Əli Mirzəyev, 45 yaşım var, Bakıda, Deveçinskaya küçəsi, 64 №-li evdə yaşayıram, 4-cü polis sahəsi.
Bu ilin mart ayında mən bütün əmlakımı arabalara yükləyərək Bakıdan çıxardım. Mayın ortalarında mən şəhərə qayıdırdım. Vladiqafqaz dəmiryolunun Qızıl-Burun stansiyası yaxınlığında sizə təqdim etdiyim siyahıda sadalanan mənim bütün əmlakım ermənilər tərəfindən qarət edildi. Ümumilikdə 17.883 rubl dəyərində olan əşyalarım, həmçinin 8000 rubl dəyərində mauzer sistemli revolver oğurlanmışdır.

Oxundu. İmza. (ərəb hərfləri ilə)
Komissiyanın üzvü: A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 151.

Sənəd № 798

Dindirmə protokolu

1918-ci il, 11 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ağa Rəhim bəy Xanlarov, 80 yaşım var, Bakıda, Naberejnaya küçəsi, 37 № li evdə yaşayıram.
Bu ilin may ayından başlayaraq erməni-bolşevik quldur dəstələrin tərəfindən Bakı qəzasının Perekeşkül kəndindən ayrı-ayrı vaxtlarda mənə, İsgəndər bəy Ağabəyova və Əlağa Məşədi Hüseyn Qulu oğlu Əmirova məxsus arpa və buğda götürülüb aparılmışdır. Bu kənddən həmçinin 600 kisə saman aparılmışdır. Qarət olunmuş əmlakın qiyməti 240.000 rubla bərabərdir.
Oxundu. İmza.
Komissiyanın üzvü: A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 147.

Sənəd № 800

Dindirmə protokolu

1918-ci il, 21 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Mirzə Əhməd Kərbəlayı Rəhim oğlu Hüseynov, 41 yaşlı, Bakıda, Bondarnaya küçəsi 95 № -li evdə yaşayıram.
Bu ilin may, yaxud iyun ayında üç nəfər erməni əsgəri məni Çornıy
Qorod dəmiryol körpüsünün yanında məni saxlayaraq 13.000 rubl pulumu aldılar. Bu günün günorta çağı baş vermişdir. Bu qarət haqqında mən elə o vaxt polisə xəbər vermişdim.
Oxundu. İmza.
Komissiyanın üzvü: A.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 53.

Sənəd № 805

Dindirmə protokolu

1918-ci il, 18 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Abbas Əli Hacı Bala Kərim oğlu Kərimov, 39 yaşlı, mühəndis -texnoloq, Bakıda, Vodovoznaya küçəsi, ev 14 ünvanda yaşayıram, 3-cü Polis sahəsi.
Avqust ayında Sentrokaspi Diktaturası mənim mənzilimi Biçeraxovun idarəsi üçün müsadirə etdi; mənim əşyalarım biçeraxovçular tərəfindən iki otağa yığıldı və qıfılla bağlandı. Bununla belə, türklər Bakıya gələn vaxt mən də öz mənzilimə qayıdanda məlum oldu ki, mənzildən bütün qiymətli əmlak, oğurlanmışdır. O vaxt həmin əmlak 25.980 rubl dəyərində idi, indi onların qiyməti 51.100 rubldan aşağı deyildir və mən bu məbləğdə zərərin ödənilməsini xahiş edirəm. Ətraflı ərizə və oğurlanmış əşyaların siyahısını təqdim edirəm və onların işə əlavə edilməsini xahiş edirəm.
Oxundu. İmza.
Komissiyanın üzvü: A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 19.

Sənəd № 806

Dindirmə protokolu

1919-cu il, 4 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Bəşir Məlikov, 50 yaşlı, Bakı quberniyası və qəzasının Əhmədli kəndinin sakini, elə orada yaşayıram.
1918-ci ilin avqustunda Əhmədli kəndində 14-1 qarışıq erməni-rus polku bütünlükdə öz ştabı ilə birlikdə yerləşdi. Bu vaxt erməni əsgərləri axtarış adı ilə mənim evimə girdilər və mənim müxtəlif növ əmlakımı və pullarımı - ümumilikdə 39.250 rubl məbləğində - götürüb getdilər. Oğurlanmış və talan edilmiş əmlakımın siyahısının işə əlavə olunmasını xahiş
edirəm.
Oxundu. Savadlıdır. İmza.
Komissiyanın üzvləri: A.Hacı-İrzayev, A.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 57.

Sənəd № 807

Dindirmə protokolu

1918-ci il, 26 oktyabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Sadıq bəy Məmməd Rza bəy oğlu, 27 yaşım var, Bakı şəhəri, Verxne-Priyutskaya küçəsi, dalan 4, 2 №-li evdə yaşayıram. Nəvai kəndindənəm.
Bu il avqust ayının axırlarında mən Bakı şəhərindən piyada ailəmin olduğu Pirşağı kəndinə gedirdim. Əsgər formasında olan 17 silahlı erməni məni və yoldan keçən on iki nəfər müsəlmanı Məhəmmədi kəndində saxladılar və Zabrat kəndinə apardılar; burada bizi – müsəlmanları kəndirlə bir-birimizə bağlayaraq, tüfənglərdən və mauzerlərdən atış açmağa başladılar. Biz ölü və yaralı vəziyyətdə yerə yıxıldıq. Ermənilər üzərimizə atıldılar və süngü, xəncər və qılınclarla bizim axırımıza çıxmağa başladılar. Güllə mənim ayağıma dəymişdi və
başıma təxminən 18 süngü yarası, iki qılınc yarası, həmçinin iki xəncər yarası vurdular. İki saatdan sonra mən ayıldım və qaranlıqda qırğın yerindən uzaqlaşaraq, Ramana tərəfə sürünməyə başladım. Artıq gecə idi. Səhər məni fəhlələr tapdılar və Ramanaya xəstəxanaya apardılar. Məndən başqa adını bilmədiyim bir müsəlman da sağ qalmışdı. Qalan on nəfər isə öldürülmüşdü.
Oxundu. İmza.
Komissiya üzvü: М.Тəkinski (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 36.

Sənəd № 808

Dindirmə protokolu

1918-ci il, 10 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Əli Heydər Mövsümov, 28 yaşlı, Bakıda, Georgiyevskaya küçəsi, 12 №-li evdə yaşayıram.
Sentyabr ayında erməni əsgərləri mənim mənzilimə gəldilər və təqdim etdiyim siyahıda sadalanan və qiyməti köhnə pulla 6384 rubl olan əmlakımı qarət etdilər. Yeni qiymətlərlə bu əmlak 20.000 rubla bərabərdir.
Oxundu. İmza.
Komissiyanın üzvü: A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 118.

Sənəd № 809

Dindirmə protokolu

1918-ci il, 8 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Yusif Səməd oğlu Məmmədov, 49 yaşlı, Bakıda, Spasskaya küçəsi 3№-li evdə yaşayıram.
Türk qoşunlarının Bakıya daxil olmasına 15 gün qalmış erməni əsgərləri İran konsulunun mənzilində axtarış apardılar, onlar simsiz teleqraf axtarırdılar. İran konsulunun mənzilinin aşağı mərtəbəsində mənə və qardaşım Ağəli Məmmədova məxsus yeyinti məhsulları, dəri, xalça, palaz və d. mallardan ibarət anbar yerləşir. Ermənilər anbar olan mərtəbəyə də gəlmiş, pəncərəni qıraraq içəri girmiş və 3 gün ərzində bizim bütün mallarımızı daşıyıb aparmışlar. Əmlak təqdim olunan ərizədə sadalanıb və 405.040 rubl dəyərində idi. Mart ayında, ermənilərin Bakı şəhərində müsəlman əhalisinə qarşı qırğınlar törətdiyi zaman erməni əsgərləri mənə və qardaşım Ağəli Məmmədova məxsus ərzaq və yeyinti məhsulları mağazamızı qarət etmiş və bizə 327.900 rubl məbləğində zərər vurmuşlar. Təqdim olunmuş ərizədə həmin məhsullar da sadalanır. Bura mağazanın dağıdılmış avadanlığının qiyməti və oradan oğurlanan nağd pul da daxildir. Bizə vurulan ümumi zərər 802.940 rubla bərabərdir.
Oxundu. İmza.
Komissiyanın üzvü: A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 61.

Sənəd № 811

Dindirmə protokolu

1918-ci il, 12 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Kərbəlayı İslam Məşədi Zeynal oğlu, 50 yaşlı, Bakıda, Nijne-Tazapirskaya küçəsi, 7№ li evdə, 7-ci dalanda yaşayıram.
Bakı türk qoşunları tərəfindən mühasirədə olduğu vaxt mən Maştağa, Balaxanı və d. kəndlərə 30 baş buynuzlu mal-qara aparırdım. Şəhərin yaxınlığında məni ermənilər əhatəyə aldılar və 27.00 rubl dəyərində olan mal-qaranı, 26.300 rubl nağd pulumu və başqa əşyalarımı qarət etdilər. Onların adları sizə təqdim etdiyim ərizədə göstərilmişdir. Ümumilikdə mənə 55.8720 rubl məbləğində ziyan dəymişdir.
Oxundu. İmza. (ərəb hərfləri ilə)
Komissiya üzvü: A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 186.

Sənəd № 813

Dindirmə protokolu

1919-cu il, 18 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məmmədzadə Mirzə Bala oğlu116, 22 yaşlı, Bakı şəhərində Malaya Krepostnaya küçəsi, 8-ci dalan, 21№li evdə yaşayıram.
Türklərin Bakıya birinci hücumu zamanı mən öz ailəmlə birlikdə Bolşaya Çenberekentskaya küçəsində 56 №li evimizdən çıxmaq məcburiyyətində qaldım. Evə qayıtmaq mümkün olanda biz təqdim olunan ərizədə sadalanan bütün əmlakımızın qarət olunduğunu gördük. Mənə 21.000 rubl məbləğində zərər vurulmuşdur.
Oxundu. İmza.
Komissiyanın üzvləri: A.Kluge, M.Təkinski, (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 34.

Sənəd № 814

Dindirmə protokolu

1918-ci il, 8 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Heydər bəy Ağa Kərim bəy oğlu, 39 yaşlı, savadlı, Bakı şəhərində, Pozenovskaya küçəsi, 25 №li evdə yaşayıram.
1918-ci il sentyabr ayında türk qoşunlarının Bakıya daxil olmasından 2 gün qabaq mənim evimə 4 erməni əsgəri və bir nəfər rus gəldi və guya bizim evdən göyərçin uçurulduğunu bildirərək mənim 18 yaşlı oğlum Ağa Kərim bəyi tutdular, onu küçəyə çıxardılar və orada güllələdilər. Mən və ailəm bu zaman başqa bir evə qaça bildik və türklər şəhərə girənə qədər
orada qaldıq. Evə qayıdandan sonra mənzilimin qarət edildiyini gördüm. Oğurlanmış əmlak 25.545 rubl dəyərində idi və təqdim olunan siyahıda sadalanmışdır.
Oxundu. İmza. (ərəb hərfləri ilə)
Komissiyanın üzvü: A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 64.

Sənəd № 821

Dindirmə protokolu

1918-ci il, 3 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Baba Ağayev, 55 yaşlı, Bakı, 7-ci Parallelnaya küçəsi, 105 №li evdə yaşayıram.
Mənim Bakı qəzasının Digah kəndində evim var. Bakının türk qoşunları tərəfindən alınmasından 20 gün əvvəl Digaha erməni əsgərləri gəldilər və mənim evimdən yorğan-döşək, qab-qacaq, mis qazanlar, 25 pud buğda, 1000 pud saman və 23 pud arpanı götürüb getdilər. Bütün qarət olunan mallar və ərzağın qiyməti 60.000 rubl təşkil edir. Əlavə ediləm ki, mənim 2000 rubl dəyərində olan iki təkərli minik arabam da oğurlanmışdır.
Oxundu. İmza.
Komissiyanın üzvü: A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 5.

Sənəd № 822

Dindirmə protokolu

1919-cu il, 15 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Kazım İslamov, 37 yaşlı, Bakıda, Orlovskaya küçəsi, 54\56 №li evdə yaşayıram.
1918-ci ilin sentyabrında mənim qardaşım İsmayıl İslamov Suraxanı kəndinə getdi, onun üstündə 23.000 rubl pul var idi. O vaxtdan onu heç kim görməyib. Mən yalnız onu öyrənə bildim ki, o, Suraxanıya gedib çatıb. Suraxanıda o vaxt türklər olmadığı üçün, mən belə güman edirəm ki, qardaşımı ermənilər öldürüb.
Oxundu. İmza.
Komissiyanın üzvləri: M.Təkinski, A.Kluge, Aleksandroviç (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 26.

Sənəd № 823

Dindirmə protokolu

1918-ci il, 26 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir: Əli Əlimərdan oğlu Əliyev, 27 yaşım var, Binəqədi kəndinin sakiniyəm. Türklər Bakı şəhərinə hücumu zaman erməni əsgərləri Binəqədi kəndinə soxuldular və evləri talan etdilər. Erməni əsgərləri mənim evimi və dükanımı qarət etdilər. 150.932 rubl məbləğində qarət edilmiş əşyalarımın siyahısını təqdim edirəm. Dükan və ev birlikdə mənə və üç qardaşıma məxsusdur.
Oxundu. İmza.
Komissiya üzvləri: М.Тəkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 82.

Sənəd № 824

Dindirmə protokolu

1919-cu il, 15 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Mövsüm Səlimov, 42 yaşlı, Bakıda, Kamenistaya küçəsində, şəxsi evimdə yaşayıram.
Mart hadisələri günlərində ermənilər mənim evimi talan etdilər və təqdim olunan ərizədə sadalanan əmlakımı apardılar. Avqustun əvvəllərində ermənilər Binəqədiyə, mənim mədənlərimə gəldilər və bütün mədən avadanlığını qarət etdilər. Talan və qarət edilmiş əmlakın siyahısını təqdim edirəm. Mənə ümumilikdə 8.953.540 rubl məbləğində ziyan dəymişdir.
Oxundu. İmza.
Komissiyanın üzvləri: A.Kluge, Məmməd Xan Təkinski (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 28.

Sənəd № 825

Dindirmə protokolu

1918-ci il, 20 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
İsa bəy Nəsrulla bəy oğlu Məmmədbəyov, 29 yaşlı, Bakıda, Verxne- Priyutskaya küçəsi, 65 № li xüsusi evimdə yaşayıram.
Sentyabr ayında Binəqədidə ermənilər mənim mağazamı ümumilikdə 70.520 rubl. məbləğində qarət ediblər ki, bu məbləğin yarısı Əjdər Məlikovla şərik kimi mənim payıma düşür. Malların siyahısını işə əlavə etməyi xahiş edirəm.
Oxundu. İmza.
Komissiyanın üzvü: Aleksandroviç, A.Kluge (imza)
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 42.

Sənəd № 829

Dindirmə protokolu

1919-cu il, 8 fevral. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Abbas Manaf oğlu, 39 yaşlı, Bakı şəhərinin sakini, Binəqədidə, mədənlərdə, dülgər kimi yaşayıram.
1918-ci il sentyabrın əvvəllərində, ermənilər Binəqədi kəndinə basqın edərkən, mən onların bizə vəhşi münasibətini bildiyim üçün başqa müsəlmanlarla birlikdə Maştağa kəndinə qaçmaqla xilas olduq. Türk qoşunları erməni hissələrini Binəqədi kəndindən qovub çıxarandan və kəndi tutandan sonra, mən də türklərlə birgə Binəqədi kəndinə daxil oldum və orada bütün əmlakımın talan olunduğunu gördüm. Bu əmlakımı mən 50.000 rubldan az məbləğdə qiymətləndirmirəm. Xahiş edirəm ərizəmi işə əlavə edəsiniz.
Oxundu. Savadsızdır.
Komissiyanın üzvləri: A.Hacı-İrzayev, A.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 67.

Sənəd № 832

Dindirmə protokolu

1919-cu il, 19 mart. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ağaxan Kərimov, 20 yaşım var, Bakı quberniyasının və qəzasının Balaxanı kənd sakiniyəm, elə orada (4-cü polis bölməsi) şəxsi evimdə yaşayıram.
Mən, Bakı quberniyasının və qəzasının Balaxanı kənd sakini, 31 yaşlı əmim oğlu Həsən Rüstəm oğlu adından ərizə verirəm və bildirirəm ki, o 1918-ci ilin sentyabr ayının əvvəlində erməni dəstələrinin hücumu zamanı Balaxanı kəndindən qaçarkən erməni gülləsindən ağır yaralanmışdır və bu günədək aldığı yaradan sağala bilməmişdir; hal-hazırda xəstə yatır və bu səbəbdən ərizə vermək üçün özü gələ bilməmişdir. Göstərilən hadisələr zamanı zərərçəkmiş Həsən Rüstəm oğlunun hazırkı qiymətlərlə 189.300 rubl dəyərində qiymətləndirdiyi əmlakı ermənilər tərəfindən qarət edilmişdir. Qarət edilmiş əşyaların siyahısının işə əlavə olunmasını xahiş edirəm.
Oxundu. Savadlıdır. İmza.
Komissiya üzvləri: А.Hacı-İrzayev, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 20.

Sənəd № 833

Dindirmə protokolu

1919-cu il, 25 mart. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Abuzər Əmrahov, 20 yaşım var, Bakı quberniyası Balaxanı kəndinin sakini, 45 yaşlı, müsəlman, savadsız.
1918-ci ilin sentyabrında, türk qoşunları Bakıya hücuma keçəndə, mən ailəmlə birlikdə, bir çox həmkəndlilərim kimi, ermənilər tərəfindən öldürülməkdən qorxaraq Balaxanı kəndindən çıxdım; bütün daşınan əmlakımı öz evimdə qoyaraq dəmir yolu ilə Petrovsk şəhəri istiqamətində hərəkət etdim. Bakı türk qoşunları tərəfindən alındıqdan sonra mən
evimə qayıdanda özümün bütün daşınan əmlakımın qarət olunduğunu gördüm. Qonşular və qarovulçum Dimov, atasının adını bilmirəm, mənə dedilər ki, mənim əmlakımı erməni əsgərləri oğurlayıblar. Qarətçilərin heç birinin soyadını çəkə bilmərəm. Oğurlanan əmlakın siyahısını təqdim edirəm və qarət edilmiş bütün əmlakımı rublun əvvəlki məzənnəsi
üzrə 76.115 rubl məbləğində qiymətləndirirəm. Belə ki, mən göstərilən əşyaları 15 il bundan əvvəl məhz bu məbləğdə almışam. Daha heç nə əlavə edə bilmərəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: A.Novatski, А.Kluge, А.Hacı-İrzayev (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 24.

Sənəd № 837

Dindirmə protokolu

1919-cu il, 25 mart. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Əbu Əli Hacı Abbas Əli oğlu Nəzərov, 54 yaşlı, savadlı, Balaxanı kəndinin sakini, 57 № li şəxsi evimdə yaşayıram.
1918-ci ilin sentyabr ayında ermənilər Balaxanıda mənim evimi və evdəki mülkiyyətimi köhnə qiymətlə 50.730 rubl məbləğində talan etdilər. Mən və ailəm bu zaman Qubada idik.
Oxundu. İmza (ərəb hərflər ilə)
Komissiyanın üzvləri: Aleksandroviç, A.Hacı-İrzayev, A.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 28.

Sənəd № 840

Dindirmə protokolu

1919-cu il, 26 mart. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir: Zeybalı Mirəli oğlu, 60 yaşlı, Bakı quberniyası Balaxanı kəndinin sakini, müsəlman, savadsız. 1918-ci ilin sentyabrında, türk qoşunlarının hücumu nəticəsində ermənilər bizim kəndə çəkilirdilər, mən başqa həmkəndlilərimlə birlikdə qırılmaq təhlükəsindən qorxaraq və kəndimiz atəşə tutulduğu üçün qaçdım. Qaçarkən bütün daşınan əmlakımı evdə qoymuşdum və nəticədə əmlakım ermənilər tərəfindən qarət edilmişdir. Oğurlanan əşyaların siyahısını təqdim edirəm və onları rublun indiki məzənnəsi üzrə 37.450 rubl
məbləğində qiymətləndirirəm. Əlavə etməyə sözüm yoxdur.
Oxundu. Savadsızdır.
Savadsız Zeybalı Mirəli oğlunun yerinə imzaladı: (imza).
Komissiya üzvləri: A.Novatski, А.Kluge, А.Hacı-İrzayev (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 28.

Sənəd № 841

Dindirmə protokolu

1919-cu il, 26 mart. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Mirzə Məmməd Alxas oğlu, 45 yaşlı, Bakı quberniyası Balaxanı kəndinin sakini, müsəlman, savadlı.
Bu ilin sentyabr ayında, türk qoşunları Bakıya hücum edərkən bizim
Balaxanı kəndini atəşə tutmağa başlayanda mən evimi və bütün daşınan əmlakımı qoyaraq kənddən qaçdım. Sonra geri qayıdanda türk qoşunlarının təzyiqi nəticəsində əmlakımın qarət edildiyi məlum oldu. Qarətçilərdən heç kimi tanımıram və göstərə bilmərəm. Oğurlanmış əmlakın siyahısını təqdim edirəm və omları rublun indiki məzənnəsi ilə 19.060 rubl məbləğində qiymətləndirirəm. Daha heç nə əlavə edə bilmərəm.
Oxundu. İmza.
Komissiya üzvləri: A.Novatski, А.Kluge, А.Hacı-İrzayev (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 29.

Sənəd № 842

Dindirmə protokolu

1919-cu il, 28 mart. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Hacı Ağa Əliyev, 43 yaşlı, Bakı quberniyası Balaxanı kəndinin sakini, müsəlman, savadlı.
1918-ci ilin sentyabr ayında, türk qoşunlarının hücumu qarşısında ermənilər cəbhədən Bakıya doğru geri çəkilirdilər və yolboyu kəndləri tuturdular. Qırğından qorxaraq, mən başqa həmkəndlilərimlə birlikdə kəndiqoyaraq qaçdım və ev əşyalarından və avadanlıqdan özümlə heç bir şey götürməyə macal tapmadım. Kəndə qayıtdıqdan sonra bütün daşınan əmlakımın ermənilər tərəfindən qarət olunduğunu gördüm. Oğurlanan əmlakın siyahısını təqdim edirəm. Qarət edilmiş əmlakımı rublun indiki məzənnəsi üzrə 84.860 rubl məbləğində qiymətləndirirəm. Qarətçilərdən heç kimi tanımıram və adlarını çəkə bilmərəm. Əlavə deməyə başqa sözüm yoxdur.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: A.Novatski, А.Kluge, А.Hacı-İrzayev (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 30.

Sənəd № 843

Dindirmə protokolu

1919-cu il, 26 mart, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Qulam Hüseyn Hacı Fətəli oğlu, 17 yaşım var, Bakı quberniyasının Balaxanı kənd sakini, müsəlman, savadlıyam.
1918-ci ilin yayında türk qoşunları Bakıya daxil olarkən, erməni qoşunları cəbhədən geri çəkilir və bizim Balaxanı kəndinə girirdilər. Qırğından ehtiyat edərək, mən də digər müsəlman həmkəndlilərimlə birlikdə kəndi tərk etdim və özümlə heç bir əmlakımı götürmədən, qaçdım. Mən 27 avqustdan 13 sentyabradək olan müddət ərzində kənddə olmamışam. Ermənilər çıxıb getdikdən sonra kəndə qayıtdım, mənim nişanlımın atası İsmayılın evində saxladığım mənə məxsus əşyalarımın itdiyini gördüm. Məlum oldu ki, əşyalarımız ermənilər tərəfindən qarət olunmuşdur. Rublun indiki dəyəri ilə səksən beş min altmış rubl (85.060 rubl) məbləğində siyahını təqdim edirəm. Mən qarətçilərdən heç birini tanımıram və adlarını da bilmirəm. Əlavə heç nə deyə bilmərəm.
Oxundu. İmza.
Komissiya üzvləri: А.Novatski, А.Kluge, А.Hacı-İrzayev (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 31.

Sənəd № 845

Dindirmə protokolu

1919-cu il, 27 mart. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Hacı Hüseyn Əliyev, 27 yaşlı, Bakı quberniyası Balaxanı kəndinin sakini, müsəlman, savadlı.
Keçən ilin sentyabr ayında, türk qoşunları Bakı şəhərinə yaxınlaşanda Balaxanı kəndi hərbi əməliyyatlar zolağında olduğu üçün mən digər həmkəndlilərim kimi qaçdım, bütün daşınmaz əmlakım qapısı bağlı mənzilimdə qaldı. Bir müddət sonra evə qayıdanda əmlakımın qarət olunduğunu gördüm. Əmlakımın kim tərəfindən qarət olunduğunu bilmirəm, amma deyirlər ki, balaxanlıların əmlakını ermənilər, geri çəkilərkən oğurlayıblar. Oğurlanmış əmlakın siyahısını təqdim edirəm və omları rublun əvvəlki məzənnəsi ilə 46.615 rubl məbləğində qiymətləndirirəm. Bu əmlakı mən 1918-ci ildə almışdım. Əlavə etməyə başqa sözüm yoxdur.
Oxundu. İmza.
Komissiya üzvləri: A.Novatski, А.Kluge, А.Hacı-İrzayev (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 34.

Sənəd № 847

Dindirmə protokolu

1919-cu il, 29 mart. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Nemət Ağabala oğlu Hacıyev, 54 yaşlı, savadlı, Balaxanı kəndinin sakini, şəxsi evimdə yaşayıram.
1918-ci ilin sentyabr günlərində Bakı qradonaçalnikliyi Balaxanı kəndində erməni hərbi birləşmələri mənim 146.800 rubl məbləğində əmlakımı talan ediblər, mən özüm isə Balaxanıdan Pirşağıya qaçmaqla xilas olmuşam. Əmlakım mənim öz evimdə idi, onun siyahısını və qiymətini təqdim edirəm və işə əlavə edilməsini xahiş edirəm. Bundan başqa, mənim
dayım Sadıq Cümşüd oğlu Kərimovun da Balaxanıda 117.800 rubl məbləğində məruz qaldığı zərərlər haqqında ərizəni təqdim edirəm.
Oxundu. İmza.
Komissiyanın üzvləri: Aleksandroviç, A.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 36.

Sənəd № 856

Dindirmə protokolu

1919-cu il, 31 mart. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Kərbəlayı Baxış Orucov, 52 yaşım var, Bakı quberniyası Balaxanı kənd sakini, savadsızam.
1918-ci ilin sentyabr ayında, ermənilər türk qoşunlarının təzyiqi altında cəbhədən geri çəkiləndə, mən digər öz həmkəndlilərim kimi qırılmaq təhlükəsi qarşısında kəndi qoyub qaçdım və özümlə ev əşyalarından ən vaciblərini belə götürməyə macal tapmadım. Ermənilər gedəndən sonra evimə qayıtdıqda bütün əmlakımın qarət olunduğunu gördüm. Əmlakım ermənilər tərəfindən oğurlanmışdır, lakin onların ad və soyadlarını bilmirəm. Qarət olunmuş əmlakımı keçən ilki qiymətlərlə 74.900 rubl dəyərində qiymətləndirirəm. Qarət olunmuş əşyaların siyahısını təqdim edirəm.
Oxundu. Savadsızdır.
Komissiya üzvləri: A.Novatski, А.Kluge, A.Hacı-İrzayev (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 41.

Sənəd № 857

Dindirmə protokolu

1919-cu il, 2 aprel. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Qurban Əli Budaqov, 26 yaşlı, Bakı quberniyası Balaxanı kəndinin sakini, müsəlman, savadlı.
Keçən il avqust ayının sonunda, ermənilər türk qoşunlarının hücumu qarşısında Bakı şəhərinə geri çəkiləndə, biz, geri çəkilən ermənilərin yolunun üstündə olan Balaxanı kəndinin sakinləri, öldürülmək qorxusu və hərbi əməliyyatlar zolağından çıxmaq istəyi səbəbindən bütün əmlakımızı kəndə qoyaraq qaçdıq. Qaçanların arasında mənim atam Deyləm Budaqov, qohumum Hüseyn Qulu Məşədi Ələkbər oğlu və dayım Abad Eyvaz Əli oğlu da var idi. Kəndə qayıdanda biz öz əmlakımızın qarət olunduğunu gördük, başqalarından eşitdiyimizə görə, onu ermənilər oğurlamışlar. Qarətçilərin adını və soyadını deyə bilmərik, çünki onları heç görməmişik. Atamın və adlarını çəkdiyim qohumların mənə verdiyi etibarnamə əsasında onların qarət olunmuş əmlaklarının siyahılarını təqdim edirəm. Əlavə deməyə sözüm yoxdur.
Oxundu. İmza.
Komissiya üzvləri: A.Novatski, А.Kluge, A.Hacı-İrzayev (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 25, v. 42.

Sənəd № 858

Dindirmə protokolu

1918-ci il, 16 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Muxtar Əli Seyran oğlu, 50 yaşlı, Bakı qəzası, Balaxanı kəndində, Əli Bala Babayevin evində yaşayıram.
Bu ilin sentyabr ayının ilk günlərində ermənilər Balaxanıda mənim evimi, dükanlarımı, sarayımı talan etmişlər və bütün əmlakımı yandırmışlar. Bununla mənə 85.320 rubl məbləğində zərər vurmuşlar. Əmlakımın siyahısını təqdim edirəm və işə əlavə edilməyini xahiş edirəm. Mənə 85.320 rubl məbləğində zərərin ödənilməsini xahiş edirəm.
Oxundu. İmza (ərəb hərflər ilə)
Komissiyanın üzvləri: Aleksandroviç, A.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 3.

Sənəd № 859

Dindirmə protokolu

1918-ci il, 19 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məhsum Kərbəlayı Mirzə Məmməd oğlu İbrahimov, 21 yaşlı, Balaxanı kəndində, Mir Tağı M. Babayevin mədənində yaşayıram. 16 № li sahə.
Mənim Balaxanıda Mir Tağı M. Babayevin mexaniki emalatxanasının yanında olan mənzilim mən orada olmadığım vaxtda 4170 rubl məbləğində qarət edilmişdir. Mən bu vaxt Balaxanıdan Maştağa kəndinə qaçmışdım. Mən erməni əsgərlərindən qaçmışdım. Mənim ərizəmi işə əlavə etməyi xahiş edirəm və 4170 rubl məbləğində zərərin ödənilməsini xahiş edirəm.
Oxundu. İmza.
Komissiyanın üzvləri: Aleksandroviç, A.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 30.

Sənəd № 862

Dindirmə protokolu

1918-ci il, 3 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Mirzə Şirəliyev, 43 yaşım var, Ramana kəndində yaşayıram. Türk qoşunları Bakıya daxil olmamışdan 20 gün əvvəl bizim Ramana kəndinə erməni batalyonu girdi və evlərimizi qarət etməyə başladı.
Ermənilər evlərə soxulur, mebeli sındırır, qab-qacağı qırır və daha qiymətli olan hər şeyi aparırdılar. Mən qarət olunmuş əşyalarımın siyahısını təqdim edirəm; mənim 138.928 rubl dəyərində əşyalarım itmişdir. Ermənilər, qarətlə kifayətlənməyərək, vaxtında qaçmağa macal tapmamış müsəlmanların hamısını qətlə yetirirdilər. Türk qoşunları hücuma keçən
kimi ermənilər geri çəkildilər. Bu müddətdə biz öz kəndimizə qayıtdıq və dağıntıların dəhşətli mənzərəsi ilə üzləşdik. Hər tərəf qətlə yetirilmiş müsəlmanların cəsədləri ilə dolu idi: öldürülmüş qocalar, döşləri kəsilmiş qadınlar, süngülərlə dəlik-deşik edilmiş kiçik yaşlı uşaqlar. Hacıbala Muradəli oğlunun evində 11 cəsəd var idi: ev yiyəsinin özü, onun arvadı,
gəlini, kiçik yaşlı uşaqları, o cümlədən bir südəmər körpə və Hacıbalanın qohumları. Biz sonradan Ramana kəndinin yaxınlığında, boş bir evdə qolları arxadan bağlanmış 12 meyit tapdıq. Meyitlərdən biri qadın, digəri uşaq, qalanları isə kişilər idi. Bir çox kənd sakinlərinin meyiti hələ də tapılmamışdır. Mən ermənilər tərəfindən alovun içinə atılmış və yanıb qaralmış
meyitlərə rast gəlmişəm. Qarət edilmiş əşyalarımın siyahısına mən indi qiyməti 10.000 olan 1000 ədəd kisəni əlavə etməyi unutmuşam.
Oxundu. İmza.
Komissiya üzvləri: Məmməd Xan Тəkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 6.

Sənəd № 863

Dindirmə protokolu

1918-ci il, 5 dekabr, Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Şahrza Mehdi oğlu, 39 yaşım var, Ramana kəndinin sakiniyəm və orada yaşayıram.
Azərbaycan-türk qoşunları hücum edərkən erməni qoşunları geri çəkilməyə başladılar. Onlar geri çəkiləndə, biz, Ramana kəndinin sakinləri, Ramanadan digər kəndlərə qaçdıq, çünki bilirdik ki, ermənilər bizi də Zabrat kəndində olduğu kimi öldürəcəklər. Zabratda ermənilər kişi, qadın və uşaqları öldürmüşlər. Ramana kəndindən on iki nəfərə yaxın müsəlman qaçmağa macal tapmamışdı və onları Adıgözəlin həyətində süngü və qundaqlarla qətlə yetirmişdilər. Meyitlər tikə-tikə doğranmış və eybəcər hala salınmışdı. Biz cəsədləri basdırmazdan əvvəl yumadıq, yalnız cəsədlərin tikələrini topladıq, ağ parçaya bükdük və bu cür dəfn etdik. Ermənilər müsəlmanları imkan düşdüyü yerdə qətlə yetirirdilər. Mən Ramana kəndinə qayıdarkən, Buzovna kəndinə gedən yolda, Ramana və Maştağa torpaqlarının sərhədində olan bağın yaxınlığında bir-birinə bağlanmış 14 müsəlman meyitinə rast gəldim. Meyitlər eybəcər hala salınmışdı, qolları, ayaqları, başları kəsilmiş, başlarının dərisi soyulmuşdu. Müsəlmanların hamısını süngülərlə öldürmüşdülər. Meyitlərin
arasında dörd qadın cəsədi də var idi. Kəndlilər su quyularında da xeyli meyit aşkar etmişdilər. Ramana kəndində mənim mənzilimi və evimi tamamilə qarət etmiş və 19.340 rubl dəyərində ziyan vurmuşlar. Bu əşyaların siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Siyahıya əlavə etmədiyim qalan əşyalarımı isə ermənilər sındırıblar.
Ermənilər Ramana kəndində demək olar ki, heç nə saxlamayıblar və hətta samanın da hamısını aparıblar.
İmza.
Komissiya üzvləri: Məmməd Xan Тəkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 21.

Sənəd № 865

Dindirmə protokolu

1918-ci il, 20 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Mirpənc Mirdadaş oğlu, 20 yaşım var, Bakı qəzası, Ramana kəndi, 217 №-li evdə yaşayıram.
Bu ilin sentyabrında ermənilər Ramana kəndində mənim 45 yaşlı qardaşım Mir Razini qətlə yetirmişlər, lakin mən onun meyitini tapa bilmədim. Onun ölümündən sonra arvadı bu dərddən öldü və 1 yaşlı oğlu Seyid Qulu yetim qaldı. Ermənilər 24.335 rubl dəyərində mənim və 15.465 rubl dəyərində qardaşımın əmlakını qarət etmişlər. İki siyahı təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm.
Oxundu.
Əlavə edim ki, həmçinin ermənilər 80 yaşlı atam Mirdadaş Səidqulu oğlunun 4480 rubl dəyərində əmlakını qarət ediblər və atam yaşlı olduğu üçün onun əvəzinə siyahını mən təqdim edirəm.
Oxundu. İmza.
Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 43.

Sənəd № 866

Dindirmə protokolu

1919-cu il, 21 yanvar. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Əlican Hacı Xəlil oğlu, 36 yaşım var, Bakı qəzasının Ramana kəndində yaşayıram.
Bu ilin sentyabrında erməni əsgərləri Ramana kəndini qarət etmişlər. Bu zaman mənim də evim zərər çəkmişdir. Ermənilər mənim təqdim etdiyim ərizədə adları sadalanan ev əşyalarımı və müxtəlif ərzaqlarımı oğurlamışdılar. Mənim ümumilikdə 37.245 rubl dəyərində əşyalarım oğurlanıb. Bu vaxt atam Hacı Xəlil Baba oğlu da öldürülmüşdür.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: А.Kluge, M. Təkinski (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 37.

Sənəd № 867

Dindirmə protokolu

1918-ci il, 9 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Xeyri Atababa oğlu, 30 yaş, Ramana kəndinin sakini, savadsızam.

Türklər hücuma keçdikdən sonra ermənilər geri çəkilməyə başladılar. Ermənilərin Sabunçudan Ramanaya tərəf geri çəkildiyini gördükdə, biz tələsik Ramana kəndini tərk etdik və qaçdıq. Ermənilər kəndə girdilər və bütün kəndi talan etdilər. Ermənilər mənim evimi tamamilə qarət etmiş, qapı və pəncərələri isə sındırmışdılar. Ermənilər mənim evimdən 46980
rubl dəyərində əmlakımı qarət etdilər. Əşyalarımın siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Kənddən qaçmağa macal tapmamış bütün qoca, qadın və uşaqları erməni əsgərləri öldürmüşlər.
Oxundu. İmza.
Komissiya üzvləri: M. Təkinski, А.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 110.

Sənəd № 889

Dindirmə protokolu

1918-ci il, 10 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi İbad Məmməd oğlu, 52 yaşım var, Ramana kənd sakiniyəm, 161 №-li şəxsi evimdə yaşayıram, savadsızam.
Mart hadisələri zamani mən bağlarda idim. Ermənilər bizim kəndimizə hücum edərək, 70-dən yuxarı kişi, qadın və uşaqları qətlə yetirmiş və onların cəsədlərini xəndəklərə atmışdılar. Onlar təkcə bir evdə hər iki cinsdən 11 nəfəri öldürmüşlər. Ermənilər həmçinin, kəndi qarət etmiş və kəndliləri tamamilə vəsaitsiz və ac qoymuşlar. Ermənilər bolşevizm bayrağı altında ruslarla birlikdə hərəkət edirdilər, sonradan isə məlum oldu ki, onlar öz millətçi məqsədlərini güdürmüşlər və toplardan, pulemyotlardan istifadə etməklə, müsəlmanları qırmaq qərarına
gəlmişlər. Biz müsəlmanların heç bir silahı yox idi, buna görə də ermənilərin qarşısında aciz idik. Ermənilər tərəfindən mənim xeyli əşyalarım oğurlanmışdır və mən bu əşyaların 7164 rubl dəyərində olan bir hissəsinin siyahısını təqdim edirəm ki, bu da oğurlanan əşyaların 1\4 hissəsindən azdır. Beləliklə, mənim əşyalarımın itkisindən olan ziyan 30.000 rubla çatır.
İfadə oxundu. Savadsızdır.
Komissiya sədri: Ələkbər bəy Xasməmmədov (imza)
Komissiya üzvləri: Məmməd Xan Təkinski, A.Kluge (imzalar)
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 32.

Sənəd № 894

Dindirmə protokolu

1918-ci il, 11 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Əmir Kərbəlayı Rəsul oğlu Bağırov, 22 yaşım var, Bakı qəzasının Ramana kəndində yaşayıram.
Ermənilər sentyabr ayında mənim atam Kərbəlayı Rəsul Bağır oğlunun evini qarət etmiş və 19 yaşlı bacım Dubanı və bacım qızı Brilyantı, yaş yarımlıq körpəni qətlə yetirmişlər. Qarət edilmiş əşyaların siyahısı təqdim edirəm. Onların dəyəri köhnə qiymətlərlə 54.543 rubl, yeni qiymətlərlə isə 103.000 rubl təşkil edir.
Oxundu.
Dayım oğlu Hacı Mirzə Məmməd Məlikovun evi də həmin dövrdə qarət edilmişdir, onun təqdim edilmiş siyahıda göstərilən və 27.865 rubl dəyərində olan əşyaları yoxa çıxmışdır; bu əşyaların yeni qiymətlərlə dəyəri 81.000 rubl olmuşdur.
Oxundu. İmza.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 143.

Sənəd № 924

Dindirmə protokolu

1918-ci il, 14 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Səməd Məşədi Musa oğlu, 30 yaşım var Bakı qəzasının Ramana kəndi, 10 №-li evdə yaşayıram.
Ermənilər Ramanada mənim ümumilikdə 2100 rubl dəyərində əşyalarımı qarət ediblər. Mən siyahını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Mən qarət zamanı evdə olmuşam və hər şeyi öz gözlərimlə görmüşəm. Ermənilər qarət olunmuş əmlakı Ramanadan 10-12 gün ərzində daşıyıblar. Mən küçədə olurdum və hər şeyi özüm görürdüm. Mən “Molot”116 şirkətinin Ramanadakı Amerika podratçı qazma işlərində çalışırdım.
Oxundu. İmza (ərəb hərfləri ilə).
Komissiya üzvləri: Aleksandroviç, A.Kluge (imzalar).
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 201.

Sənəd № 961

Dindirmə protokolu

1918-ci il, 21 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Musa Adıgözəl oğlu, 25 yaşım var, Bakı qəzasının Ramana kəndində yaşayıram.
Ermənilər bu ilin sentyabr ayında Ramanada aşağıdakı şəxslərdən ibarət olan iki ailəni: Hacı Bala Muradəli oğlu, Cavahir Mir Yaqub qızı, Mirzə Adıgözəl oğlu, Duba Xanım Kərbəlayı Rəsul qızı, Brilyant Mirzə qızı, Cavahir Xanım İbrahim qızı, Hökümə Xanım Adıgözəl qızı, Pikə Xanım Adıgözəl qızı və Xələf Adıgözəl oğlunu qətlə yetiriblər. Həmin vaxt aşağıdakı şəxslərə aid olan 13.695 rubl dəyərində əşyalar da qarət olunmuşdur.
Oxundu. Savadsızdır.
Komissiya üzvü: А.Kluge (imza).
AR Pİİ SSA, f. 277, s. 2, iş 15, v. 54.

Sənəd № 1008

Dindirmə protokolu

1918-ci il, 5 dekabr. Bakı şəhəri.
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Məşədi Yusif Molla Rza oğlu, 36 yaşım var, Kamenistaya küçəsi, 50 №-li evdə yaşayıram.
Mart hadisələri zamanı mənim Torqovaya döngəsində yerləşən mənzilimə erməni əsgərləri soxuldular və təqdim etdiyim siyahıda adları sadalanan və ümumilikdə 13.230 rubl dəyərində olan bütün əmlakımı qarət etdilər. Mən bu müddətdə Həştərxanda idim. Zərər yeni qiymətlə hesablanmışdır.
Oxudum.
Əlavə edirəm ki, mən Həştərxandan Petrovsk şəhərinə türk qoşunlarından 15 gün əvvəl gəlmişdim; Petrovsk şəhərinə mənimlə birlikdə 850 nəfər müsəlman gəlmişdi. Bizim hamımızı məsciddə yerləşdirdilər. Erməni əsgərləri öz rəisləri ilə birlikdə gün ərzində bir neçə dəfə oraya gəlir və 10-15 müsəlmanı özləri ilə götürüb gedirdilər. Mən onların arasında Stepan Lalayevi və sonradan Biçeraxovun dəstəsi ilə birlikdə Bakıya gəlmiş digərlərini görmüşdüm. Məlum oldu ki, onlar müsəlmanların bir hissəsini yolda güllələyir, o biriləri həbsxanaya aparır və orada ağır işgəncələr içində öldürürdülər. Mənim qardaşım Məmməd Əlini də həbsxanaya aparmışdılar, əvvəl dilini kəsmiş, sonra isə öldürmüşdülər. Həbsxanada xüsusi otaq var idi və Stepan Lalayev, Ruben Ağamalyans gecələr kiçik dəstələrlə buraya gətirdikləri müsəlmanları öldürürdülər. Onlar 10 nəfərə yaxın müsəlmanı üst-üstə yığır, onları məftillə bağlayır, sonra isə mərc gəlirdilər ki, kimin tüfəngi daha çox adamı vurar. Sonra öldürülənləri kiçik anbar kimi istifadə olunan qonşu otağa atırdılar. Türklər Petrovsk şəhərinə gələndə ağzınadək eybəcər hala salınmış cəsədlərlə dolu olan bu kiçik anbarı aşkar etdilər. Bütün meyitlərin fotoşəkilləri çəkildi. Yuxarıda adları çəkilən ermənilər iki müsəlmanın əllərini bağlayır, sonra onlardan birini güllələyir, o birini isə bir qədər keçdikdən sonra xəncərlərlə dəlik- deşik edirdilər. Bundan əvvəl onların pullarını alır və əvəzində sağ qoyacaqlarını söz verirdilər. Həbsxananın anbarında tapılan meyitlərin hamısı eybəcər hala salınmışdı: bəzilərinin qolları, digərlərinin isə ayaqları kəsilmişdi; bir çoxlarının qarınları yarılmış, gözləri çıxarılmış, kəllə sümükləri qırılmış, dişləri vurulub sındırılmışdı. Əgər türklər Petrovsk şəhərini almasaydılar, ermənilər bizim hamımızı öldürməyə imkan tapacaqdılar. Mənə növbə çatmadı. Bununla belə ermənilər məni qarət etməyə macal tapdılar, onlar bonlarla 3000 rubl və Nikolay pulları ilə 1500 rubl pulumu, papağımı, çəkmələrimi, palto və pencəyimi götürdülər. Mərhum qardaşım Məmməd Əlinin cibində Kerenski pulları ilə 5000 rubla yaxın pul var idi. Onun meyitini aşkar edərkən bu pullar artıq onun üzərində yox idi. İndi belə xatırlayıram ki, biz Petrovsk şəhərində gəmidən noyabrın 1-də enmişdik. Türklər Petrovsk şəhərinə gələndə bizə böyük qayğı göstərirdilər, 35 nəfərlik kiçik dəstələrlə Bakıya göndərirdilər. Əlavə olaraq bizə xüsusi buraxılış vərəqələri paylayırdılar. Mən öz adıma buraxılış vərəqəsi almışdım və onun əsasında özümlə Bakıya 5 qadın və 30 kişi apara bilərdim.
Oxundu. Öz buraxılış vərəqəmi təqdim edirəm.

İmza.
Komissiya üzvləri: А.Kluge, Aleksandroviç, Məmməd Xan Təkinski (imzalar)
Arayış: İfadəyə xüsusi zərfdə saxlanılan sənəd əlavə edilmişdir.
AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v.15-16.

 





Flag Counter